Türkiyənin müdafiə naziri Fikri İşıkın köməkçisi, polkovnik Tevfik Gök ölkədən qaçıb
Trend-in verdiyi məlumata görə, bunu F.İşık deyib.
Onun sözlərinə görə, köməkçisi Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində dindirildikdən sonra Türkiyədən qaçıb.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.
pia.az