Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin siyasi zəlzələsinin Azərbaycana təsiri


Baş nazir Ərdoğan qondarma soyqırmı ərəfəsində ermənilərə başsağlığı verdi; Amerika Ulusal Erməni Konqresi “Ankara erməni soyqırmı ifadəsi işlətməlidir” tələbini irəli sürdü


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ermənilərə 24 aprel qondarma soyqırımı münasibəti ilə başsağlığı verib. Bu, Türkiyə Cümhuriyyəti tarixində dövlət rəsmisinin ermənilərin 1915-ci ildə soyqırımına məruz qalmaları haqqında iddialarını qəbul etməsi üzrə ilk faktdır.

Nazirlər Kabineti  baş nazir Rəcəb Tayyib Ərdoğanın adından bu haqda yazılı açıqlama yayıb. Açıqlamada deyilir: “Hər bir din və millətdən milyonlarca insanın həlak olduğu I Dünya Savaşı əsnasında təhcir – (məcburi köç anlamına gəlir – red.) kimi qeyri-insani sonuclar doğuran hadisələrin yaşanmış olması, türklər ilə ermənilər arasında duyğudaşlıq qurulmasına, qarşılıqlı insanı yardım və davranışlar sərgilənməsinə əngəl olmamalıdır”.

Türkiyənin “Hürriyət” qəzeti yazır: “Hər il 24 aprel ərəfəsində rəsmi Ankara Ağ Evin ermənilərə başsağlığı mesajında hansı ifadələrin yer alacağını diqqətlə izləyir. Ancaq bu il Ankara Ağ Evdən daha sürətli tərpənib. Yada salaq ki, ötən il ABŞ prezidenti Barak Obama olayları “böyük qırğın” adı ilə anmışdı. Baş nazir Ərdoğan isə ermənilərin 1915-ci il soyqırım iddiaları ilə bağlı “tehcir” ifadəsi işlədib”.

Türkiyə müxalifəti baş nazirin bu açıqlamasını sərt tənqid edib, Milliyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli baş nazirin açıqlamasını millətə xəyanət kimi qiymətləndirib: “Bu açıqlamanın dəyərləndiriləcək tərəfi yoxdur. Bu millətə bu qədər əziyyət çoxdur”.

Baş nazirin başsağlığı açıqlaması ölkə gündəmi ilə yanaşı dünyanın gündəmində də böyük səs-küyə səbəb olub. Associated Press agentliyi olayı “bir türk liderin yaşanan ölümlər haqqında ilk açıqlaması” kimi təqdim edib. Associated Press Ərdoğanın mesajının 9 dildə yayılması faktına da diqqət çəkib: “Baş nazir Ərdoğan Türkiyənin qəti şəkildə rədd etdiyi “soyqırım” ifadəsini işlətmədi, bunu yerinə “tehcir” ifadəsini seçdi ki, bu da qeyri-insani sonuclar doğuran olaylar mənası daşıyır. ”

Dünyanın ünlü xəbər agentliklərindən Reuters də baş nazirin ermənilərə başsağlığını “gözlənilməz” olay kimi təqdim edib.

Agentlik xəbəri “Türkiyənin baş naziri Tayyib Ərdoğan I Dünya Savaşında öldürülən ermənilərin nəvələrinə başsağlığı verdi” başlığı ilə dərc edib. İsrailin “Jerusalem Post” isə xəbəri belə şərh edir: “Ərdoğan erməni soyqırımını tanımır, ancaq ailələrə başsağlığı göndərir”.

Erməni soyqırımını rəsmən tanıyan Fransanın “Le Parisien” isə Ərdoğanın açıqlamasını Türkiyədə siyasi zəlzələ baş verməsi kimi dəyərləndirib: “Baş nazir 1915-ci ildə Osmalıda öldürülən ermənilərin nəvələrinə başsağlığı verib. Bu, Türkiyənin rəsmi başsağlığı mesajıdır. Bu ölkə tarixində bir ilk, üstəlik siyasi zəlzələ yaradacaq gücdə bir olaydır”.

Baş nazirin ermənilərə başsağlığı verməsinə ABŞ-dakı ən böyük erməni lobbisi olan Amerikan Ulusal Erməni Konqresindən cavab gəlib. Erməni konqresinin rəhbəri Aram Hamparyan Ankaranı erməni soyqırmı haqqında açıq danışmağa dəvət edib: “Ankara millətimizə baş sağlığı versə də hələ də “soyqırım” ifadəsini qullanmaqdan çəkinir. Baş nazir başsağlığı diləməklə  bu böyük beynəlxalq cinayəti malalamağa, erməni xalqını sakitləşdirməyə, Türkiyə dövlətini məsuliyyətdən yayındırmağa çalışır.  Bu yanlış düşüncəni nə beynəlxalq hüquq, nə də əxlaq qəbul edə bilər.  Bu duyğusuz və ələ salan manevr bir daha Türkiyə dövlətinin əsl simasını ortaya çıxarır – Türkiyə “erməni soyqırımı” məsələsində ədalətdən yayınmanı bir addım daha uzaqlaşdırmaq istəyir”.

Baş nazirin başsağlığından sonra məsələ sosial şəbəkələrdə də geniş müzakirə edilib. Bir çox Türkiyə vətəndaşı baş naziri türk xalqının maraqlarını tapdamaqda, Türkiyə cəmiyyəti içərisinə yeni qarşıdurma toxumları səpməkdə suçlayıb. Hazırda Türkiyə mediasının 1 saylı gündəm məsələsi bu mövzudur. Cümhuriyyət Xalq Partiyasından millət vəkili, sabiq səfir Onur Öymen mətbuata verdiyi açıqlamada baş nazirin bu addımını saçmalıq adlandırıb.

Bu açıqlama Azərbaycanda da geniş müzakirə edilməkdədir. Facebook sosial şəbəkəsində davam edən müzakirələrdə baş nazir Ərdoğanın bu addımı Türkiyə dövlətini ermənilərin yanında aşağılaması kimi qiymətləndirilib.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə “Yeni Müsavat”a açıqlamasında bu mesajın ermənilərdən çox  beynəlxalq birliyə yönləndirildiyini deyib: “Türkiyədə bələdiyyə seçkiləri başa çatıb, qarşıda isə prezident seçkiləri var. Baş naziri Rəcəb Tayyib Ərdoğan belə bir zaman kəsiyində ermənilərə başsağlığı verməklə beynəlxalq aləmdə öz demokrat imicini bərpa etməyə çalışır. 17 dekabr korrupsiya və rüşvət əməliyyatından, Türkiyədə sosial mediaya tətbiq edilən qadağalardan sonra dünyanın aparıcı dövlətləri Ərdoğanın davranışlarını avtoritarizmə yuvarlanma kimi dəyərləndirirdilər. Dünya çapında uzun illərdir müzakirə olunan, müxtəlif ölkələrin parlamentləri tərəfindən müzakirə edilən bir məsələdə yumşaq və rəqibin mövqeyinə yaxın mövqe sərgiləməsi Ərdoğanın dünyaya açıq bir lider olduğunu, avtoritar və totalitarizmə meyilli olduğunu deyənlərə bunun əksini sübut etmək cəhdidir. Avqustun 10-da Türkiyədə prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə Ərdoğan beynəlxalq aləmdən dəstək almaq niyyətindədir. Hesab edirəm ki, baş nazir Ərdoğanın ermənilərə başsağlı diləməsinin arxasında bu niyyət var”.

İqbal Ağazadə deyir ki, başsağlığı diləkləri genəldə baş nazirin də, AKP iqtidarının da xeyrinə olmuş kimi görünsə də Türkiyənin ziyanına olan məsələdir.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında yaranan durum haqqında təəssüf hissi ilə danışıb: “Mən çox təəssüf edirəm. Ermənilər ən müxtəlif yollarla qondarma soyqırımını dünyada tanıtdırmağa, qəbul etdirməyə çalışır. Onların əsas hədəfi də soyqırımı Türkiyənin qəbul etməsidir. İndiyə qədər Türkiyə haqlı olaraq ermənilərin soyqırım iddialarını birmənalı rədd edirdi. Ancaq bu gün baş nazirin sərgilədiyi davranış kimi yumşaq hərəkətlərlə, ermənilərə güzəştə getməklə Türkiyə çox böyük səhvə yol verdi. Çünki ermənilər bu güzəştin qarşısında növbəti addımlar atacaqlar. Baş nazirin ermənilərə başsağlığı verməsi ermənilərin soyqırım iddialarını tanımaq anlamına gəlir. Adını nə qoyurlarsa-qoysunlar baş nazirin başsağlığı verməsi bunu ifadə edir”.

Akif Nağı düşünür ki, ermənilərin səsləndirdikləri iddialar qarşısında yumşalma onların yeni iddialarının yaranmasına səbəb olacaq. QAT sədrinin fikrincə, baş verənlər Türkiyə üçün acı nəticələr verəcək.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar