2016-cı ilin birinci yarısında Rusiyadan Türkiyəyə istirahət etməyə gələn turistlərin sayı 87% azalıb.
PİA.AZ modern.az-a istinadən bildirir ki, ötən ilin yanvar-iyun aylarında Türkiyədə 1,5 milyon rus turisti qeydə alınmışdısa, bu ilin eyni dövründə həmin göstərici 184 minə qədər azalıb.
Ümumilikdə, bu ilin 6 ayında Türkiyədə 10,6 milyon əcnəbi turistin istirahət etdiyi bildirilir.
Terror aktlarından sonra 216-cı ildə bu ölkəyə səfər edən alman turistlərin sayı 29%yaxud 1,5 milyon nəfərə qədər azalıb.
pia.az