Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkü məğlub etmək mümkünmü?

Bəli, Türkiyədəki Çanaqqala tədbirlərindən ilk görüntülər ürəklərimizə bir toxtaqlıq və rahatlıq gətirdi


Açığı, çox narahat və nigaran idik. Yox, qətiyyən iki ölkədə -Türkiyədə və Ermənistanda baş tutacaq tədbirləri müqayisə etmək və hansısa formada tutuşduqmaq niyyətində deyildik... Səbrlə prosesləri izləyirdik...

Hətta Türkiyənin Baş naziri Ə. Davudoğlu 24 aprel ərəfəsində Ermənistana baş sağlığı da vermişdi. Etiraf edək ki, bu, birmənalı qarşılanmamışdı və bundan gileylənənlər və hətta narazlıq edənlər olmuşdu. Amma düşünürük ki, Baş nazir düz etmişdi... 

Çox yaxşı olardı ki, hər halda biz bunu arzu edirdik, Ermənistan hakimiyyəti də bunun qarşılığını verəydi, çünki o illərdə Türkiyədə həm ermənilər, həm də ki, türklər həlak olmuşdular.

Amma demək bəlkə də artıqdır ki,  Ermənistanın bütün diqqəti qarşıdakı ağlaşmaya- 24 apreldə düzənlənəcək mərasimlərə yönəlmişdi. Fəqət, ilkin xəbərlərdən, ilk müjdələrdən bəlli oldu ki, Ermənistan hakimiyyəti üçün elə də böyük dividendlər vəd edilmir- əvvəldən deyildi ki, tədbirlərə yalnız dörd ölkənin prezidenti qatılmaq niyyətindədi və bu, elə belə də oldu. 
Eyni zamanda bildirilmişdi ki, bunun qarşılığında Türkiyədəki Çanaqqala tədbirlərinə ən azı 20 ölkənin başçısı təşrif buyurmaq arzusundadır. Tədbirin açılışı günü bəlli oldu ki, ölkəyə 21 dövlət başçısı gəlib...

Biz təbii ki, bunu qələbə və yaxud da ki, üstünlük kimi təqdim etməkdən çox-çox uzağıq- bəlkə də Ermənistanda bunda da bir yarış cəhdi görürdülər, amma türklər əvvəldən belə yanaşmadan uzaq idilər...

Hətta yadımıza gəlir ki, ilk dəfə Çanaqqalanın 100 illik tədbirlərinin keçirilməsi qərarlaşdırılanda Türkiyə hökumətinin təmsilçisi dedi ki, bununla onların məqsədi kiminləsə yarışmaq, kiməsə mane olmaq və hətta kiməsə cavab vermək belə deyil... 

O, səbəbdən ki, Türkiyə hökuməti də, prinsip etibarilə, Osmanlı dönəmində ermənilərlə müəyyən problemlərin yaşanmasını inkar etmir (hərçənd ki, bunda erməni liderlərinin və millətçilərinin böyük rolu və səyi olmuşdu!)  və o dövlətin bir siyasi varisi kimi bunu hətta böyük hüznlə anır, amma Ermənistandan fərqli olaraq həmin hadisələri soyqırım hesab etmir və öz mövqeyin həmişə sübutla-dəlillə əsaslandırmağa hazırdır...

Qərəz, dedik ki, əvvəldən aprelin 24-də iki ölkədə-Türkiyədə və Ermənistanda baş verəcək hadisələri tutuşdurmaqdan, müqayisə etməkdən və ən başlıcası isə, kimin bu sahədə daha böyük nəticələrə nail olmasını araşdırmaqdan çox uzaq idik. Amma nə edəsən, bir təhlilçi xarakteri adama rahatlıq vermir və nə qədər çalışırsan, yenə də özündən də asılı olmadan müəyyən siyasi qənaətlər əldə etməyə cəhd edirsən...  

Bəli, eşidəndə ki, Ermənistandakı tədbirlərə Rusiyanın və Fransanın prezidentləri qatılacaq, bu, bizdə elə də böyük təəccüb doğurmadı. Bundan heç Minsk Qrupu ilə bağlı nəticələr vurğulamaq niyyətində də deyilik, ən azı ona görə ki, bu haqda da  indiyə qədər çox deyilib və çox yazılıb. 

Bircə onu deyək ki, Fransa prezidenti həm də Bakıya baş çəkmək niyyətindədir, bəlkə də o, bununla özünün səfərinin siyasi təsirlərini bir qədər balanslaşdırmağa cəhd edir...
O ki qaldı bir daha Minsk Qrupu məsələsinə, hər şey göz önündədir. Rusiya da, Fransa da qondarma erməni “soyqırım”ını tanıyıb. Fransada bununla bağlı hətta çox bədnam bir qanun da qəbul olunmuşdu-belə ki, qondarma “soyqırım”ın inkar edilməsi və onun hətta şübhə altına alınması özündə cinayət məsuliyyətini ehtiva edir. Söz yox ki, özünü demokratik adlandıran bir ölkə üçün bundan böyük biabırçılıq ola bilməz...

Təkcə ABŞ özünün siyasi “müvazinət”ini axıra qədər saxlaya bildi. Bu dəfə də ABŞ-ın prezidenti “soyqırım” sözünü işlətmədi. Əgər bu, həmin qondarma “soyqırım”ın 100 illiyində olmadısa, böyük ehtimalla sonra da olmayacaq, hər halda, buna çox ümid edirik...   
Daha təəccüblüsü, bəlkə də maraqlısı, tədbirlərdə Serbiya prezidentinin iştirak etməsi oldu... 
Sözsüz ki, Serbiya xüsusi siyasi çəkiyə malik, regionda və dünyada xüsusi rol oynayan ölkələrdən deyil... Güman edirik ki, bununla hamı razılaşar...

Amma son illərdə Serbiya ilə Azərbaycan arasında intensiv əlaqələr qurulurdu, hətta qarşılıqlı səfərlər olmuşdu. Üstəlik, Azərbaycan Kosovonun müstəqilliyini tanımamaqla müəyyən mənada bu ölkənin hüsn-rəğbətini qazanmışdı. Amma aprelin 24-də Serbiya prezidenti Ermənistanın yanında olmağa qərar verdi və oldu da... 

Əslində bəlkə də ən maraqlısı odur ki, bu ölkənin son 20-30 ildəki tarixi onun üçün Azərbaycanı və bu ölkənin yaşadığı problemləri daha anlaşıqlı edir, nəinki Ermənistanı...
Amma nə demək olar? Bəzən siyasətin elə qatları, elə “qırış”ları olur ki, onları adi məntiqlə yox, daha çox subyektiv hiss və duyğularla başa düşmək daha asan başa gəlir...
Burada bir məsələni də qeyd etməyə bilmərik. Elə Rusiyanın da siyasətində maraqlı məqamlar az deyil. O dönəmdə və bir az ondan sonra, təxminən 1915-1923-cü illər arasında Rusiya iki siyasi tale yaşamışdı- bəli, bu ölkə həmin proseslərə çar Rusiyası kimi qatılmış və sovet Rusiyası kimi onu başa vurmuşdu... 

Etiraf edək ki, bizim burada sovet Rusiyası-Türkiyə və bu aspektdən olan digər problemləri bir daha çozməyimiz əslində artıq olardı. Bunu indi çoxları bilir. Bircə onu deyək ki, o vaxt sovet Rusiyası faktiki olaraq hər yandan basqılara məruz qalan Türkiyənin yeganə müttəfiqi və onu tanıyan azsaylı dövlətlərdən biri idi... Bu münasibətlərin hansı çalarları olub, Mustafa Kamal Atatürklə Vladimir Lenin arasında hansı münasibətlər olub- bu, bir daha deyirik ki, çox bəlli... 
Elə bu səbəbdən də bizim üçün də bir sual maraqlıdır: görən, indiki Rusiya Türkiyəyə münasibətində özünü hansı dövlətin varisi hesab etməyə meyllidir-çar Rusiyasının, yoxsa sovet Rusiyasının?..

Belə bir detalı ona görə vurğulayırıq ki, hazırki Rusiya prezidentinin sovet Rusiyasına da simpatiyası az deyil və o, bunu vaxtaşırı biruzə verir... Amma nə etmək olar? Görünür, elə həqiqətən də siyasəti tamamilə dərk etmək üçün tək məntiq azlıq edir...

Beləliklə, çətin bir dönəmi başa vurduq. Bundan sonra nə olacaq? Böyük ehtimalla Ermənistan və erməni lobbisi prosesi davam etdirəcək. Elə indi də o, çox böyük sürətlə gedir- dünyada təxminən 22 ölkə qondarma “soyqırım”ı tanıyıb. Biz bu sətirləri yazanda Almaniya bundestaqı bu məsələni müzakirə etməyə hazırlaşırdı...

Amma nə etmək olar? İşləmək və çalışmaq lazımdır. Böyük insanların, böyük millətlərin başına gələn bəlalar da böyük olur. Fəqət, ruhdan düşməyə dəyməz. Ən azı ona görə ki, yel qayadan heç nə aparmayacaq. Çünki türkü və onun iradəsini məğlub etmək hər kişinin işi deyil...(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar