Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA avrokuboklarla bağlı yenilikləri təsdiqlədi

UEFA avrokubokların yeni formatı ilə bağlı qərar qəbul edib


PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, 2018/19, 2019/20 və 2020/21 mövsümləri ilə bağlı bir sıra yenilikləri planlaşdıran qurum qərarlarını rəsmiləşdirib. 

Bütün maraqlı tərəflərlə müzakirələrdən, İcraiyyə Komitəsinin yenilikləri təsdiqləməsindən sonra Klub turnirlərinin keçirilməsi komitəsi qəbul olunan yenilikləri açıqlayıb.
 
UEFA-nın təsdiqlədiyi yeniliklər
 
1. Çempionlar LiqasıAvropa Liqasının qalibləri birbaşa qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində oynamaq hüququ qazanır. İndiki qaydalara əsasən, bu komandaların pley-offda oynaması mümkündür.
 
2. UEFA reytinqinin ilk 4 pilləsində qərarlaşan ölkələrin hərəsinin 4 komandası Çempionlar Liqasının qrup mərhələsindən mübarizəyə qoşulacaq.
 
3. Hər iki turnirdə ölkələrin təmsilçi sayı 2016-cı ilin sonunadək dəqiqləşdirilib,  təsdiqlənəcək.
 
4. Klubların reytinq siyahısında əmsallar yeni metodla hesablanacaq. Burada yalnız klubun öz nəticələri nəzərə alınacaq. İndiki kimi ölkə əmsalının 20 faizi şəxsi hesabına əlavə edilməyəcək. Amma klubun əmsalı ölkənin rəqəminin 20 faizindən aşağı olsa, həmin komanda şəxsi deyil, ümumi reytinqə görə qiymətləndiriləcək.
 
5. Avrokuboklarda qazanılan titullar əmsalların hesablanmasında nəzərə alınacaq və əlavə xal gətirəcək.
 
6. Hər iki turnirin mükafat fondu artırılacaq.
 
7. Mükafat fondu 4 pilləli sistemlə veriləcək. Burada iştirak, nəticələr, klubun əmsalı və qrupdakı nəticələr fərqli hesablanacaq.
 
UEFA-nın müzakirə edib, dəyişmədiyi qərarlar
 
1. Çempionlar Liqasında təsnifat mərhələlərində ölkələrin çempionları ilə çempion olmayanları yenə fərqli yollarla mübarizə aparacaq. Bu da bütün ölkələrin qitənin ən nüfuzlu klub turnirinin qrupuna düşmək şansını qoruyacaq.

2. Çempionlar Liqasında 32, Avropa Liqasında isə 48 komanda qrup mərhələsində oynayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar