Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UNICEF-in nümayəndələri Tərtərdə olublar - Fotolar

BMT-nin Uşaq Fondunun (UNICEF) fövqəladə hallar üzrə rəhbəri Robert Makkarti, fövqəladə hallar üzrə mütəxəssisi Asim Rəhman, Fondun Azərbaycandakı nümayəndəliyinin yeniyetmə və gənclərlə iş üzrə mütəxəssisi Aida Aylarova Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə UNICEF-in birgə həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” çərçivəsində Tərtər rayonunda səfərdə olublar


Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon haqqında qonaqlara məlumat verib, cəbhə xəttində yerləşən yaşayış məntəqələri və orada yaşayan yeniyetmə və gənclərin həyat şəraiti ilə bağlı fikirlərini bölüşüb.

Sonra BMT Uşaq Fondunun rəsmiləri və BAMF-ın təmsilçiləri rayon icra hakimiyyətində “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsində iştirak edən Tərtər, Bərdə, Goranboy rayonlarının icra hakimiyyəti rəsmiləri, Gənclər və İdman idarələrinin rəhbərləri və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri ilə birlikdə “dəyirmi masa”da müzakirələr aparıblar. Müzakirələr zamanı cəbhə xəttində yerləşən yaşayış məntəqələrində yaşayan yeniyetmə və gənclərin təhsil almaları, asudə vaxtlarını keçirmələri ilə bağlı fikirlər səsləndirilib. İcra hakimiyyətinin nümayəndələri ilə qonaqlar yeniyetmə və gənclərin fövqəladə hallar zamanı keçirdikləri psixoloji sarsıntı və bu problemlərin həlli yolları müzakirə olunub.

Sonda UNICEF-in rəsmiləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər regional Peşə Təlim Mərkəzində Tərtər, Bərdə, Goranboy yeniyetmə və gənclərinin məşvərət şuraları ilə görüş keçiriblər. Görüşdə məşvərət şuralarının üzvləri yaşadıqları rayonlar haqqında, cəbhə xəttinə yaxın yerləşən məntəqələrdə yaşayan yeniyetmə və gənclərin təhsili ilə bağlı təqdimatlar edib və onları maraqlandıran suallarla bağlı qarşılıqlı müzakirələr aparılıb.

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar