Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ucadan kitab oxumaq yaddaşı möhkəmlədir


Kanadanın Vaterloo Universitetinin psixoloqları və neyrofizioloqları yaddaşın yaxşılaşdırılması ilə ucadan mətn oxumaq arasındakı əlaqəni tədqiq ediblər


Bu cür kitab oxumaq eyni zamanda mətnin daha yaxşı mənimsənilməsinə də kömək edir. Hündürdən oxumağın effektivliyi şagirdlərə və tələbələrə artıq bəllidir. Bu, onlara lazımi məlumatı daha yaxşı yadda saxlamağa kömək edir.

Alimlər bu prosesin nə cür baş verdiyini öyrənməyə çalışıblar. Bu məqsədlə dörd qrupdan ibarət 95 könüllünün iştirakı ilə eksperiment aparılıb. Bir qrupun nümayəndələri mətni səssiz oxuyublar, ikinci qrup eyni yazını səsli variantını dinləyib, üçüncü qrupun təmsilçiləri həmin mətni səsli oxuyub, dördüncü qrup isə oxuduqları mətnin sonradan səsli variantını dinləyib. İştirakçılar arasında yazını ən yaxşı yadda saxlayan üçüncü qrupun nümayəndələri olub.

Tədqiqatlardan bəlli olub ki, insan öz səsini daha yaxşı yadda saxlayır. Yəni, insan beyni öz səsi ilə tələffüz olunaraq yadda saxladığı mətnə assosiasiya doğurur.

Alimlərin fikrincə aparılan araşdırma yaşlı insanlarda yaddaşın möhkəmləndirilməsinə kömək etmək və ya itirilməsinin qarşısının alınması baxımından çox faydalıdır. (azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Ən çox oxunanalar