Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ucar sakinləri aclıq aksiyasına başlayır - Fotolar


İcra başçısından əllərini üzmüş sakinlər prezidentə müraciət etdilər...


Ucar rayon sakinləri - Purqafari Azər Ələsgər oğlu, Hüseynov Zaur Rasim oğlu və Adgözəlov Nurulla Ağaismayıl oğlu arqument.az-a müraciət ünvanlayıblar.

Sakinlər yaxın günlərdə rayon rəhbərliyinin və Ucar Rayon Elektrik Şəbəkəsinin müdiri Gülhan Zülfüqarovun yarıtmaz fəaliyyətinə etiraz olaraq, aclıq aksiyasına başlayacaqlarını bildiriblər: "Ucar Rayon Elektrik Şəbəkəsinin müdiri Gülhan Zülfüqarovun yarıtmaz fəaliyyətindən bezən biz rayon  sakinləri aclıq aksiyası keçirməyə hazırlaşırıq. Belə ki, üç illik fəaliyyəti dövründə Gülhan Zülfüqarovun qanunsuz əməlləri nəticəsində rayon ərazisində elektrik enerjisinin verilməsində uzun fasilələr yaranmış elektirik enerjisinə həsrət qalmışıq.

Respublikanın heç bir yerində belə özbaşınalıq yoxdur. Gücü çox zəif olan elektirik enerjisindən istifadə etmək mümkün deyil ki, bundan da rayon sakinlərini çox əziyyət çəkirlər. Gülhan Zülfüqarovun planına əsasən şəbəkənin əməkdaşları elekrik sayğaclarına müdaxilə edib rayon sakinlərinin cibini soyurlar. Rayon ərazisində hələ də qədimdən qalma  çoxlusayda taxta elektirik dirəkləri var ki, bunlar aşmaq üzrədir. Nəticədə insanların həyatı ciddi təhlükə qarşısındadır. Belə saxtakarlıqlarla məşğul olan Ucar rayon Elektrik Şəbəkəsinin müdiri Gülhan Zülfüqarov özünə doğulduğu Ağsu rayonunda möhtəşəm villalar tikdirmiş, bahalı avtomobillər almış, böyük ticarət obyektləri əldə edib kommersiya fəaliyyəti ilə də məşğul olur. Həmin ticarət obyektlərində dövlətin Ucar rayonunda  elektirik enerjisinin təmin edilməsi üçün ayırdığı avadanlıqlar da satdırılır ki, bu cinayət faktıdır. Ucar Rayon Elektrik Şəbəkəsinin müdiri Gülhan Zülfüqarovun yarıtmaz fəaliyyətindən bezən biz rayon sakinləri etiraz olaraq aclıq aksiyasına başlamağa qərar vermişik.  

Gülhan Zülfüqarov öz qanunsuz əməllərini belə sığortalayır ki, guya Azərişıq ASC-nin sədri cənab Baba Rzayev ondan razıdır. Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Azərişıq ASC-nin sədri cənab Baba Rzayevə müraciət edib xahiş edirik ki, korrupsaiya əməlləri ilə məşğul olan Ucar Rayon  Elektirik Şəbəkəsinin müdiri Gülhan Zülfüqarovun qanunsuz əmələrini araşdırıb barəsində qanuni tədbirlər görsünlər".









pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar