Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üçəmlərdən sağ qalan körpənin vəziyyəti ağırlaşıb


“Salyandan Bakıya gətirlmiş üçəmlərdən sağ qalan körpənin vəziyyəti ağırlaşıb”


Bu haqda Modern.az saytına Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev məlumat verib.

N.Quliyev deyib ki, körpənin ağ ciyərləri öz funksiyasını yerinə yetirə bilmir:

“Uşaq doğulandan 9-cu sutkadır ki, bizim xəstəxanada müalicə alır. Bildiyiniz kimi, körpə 21 iyun tarixində axşam saatlarında İnstitutun İntensiv-terapiya şöbəsinə hədsiz ağır vəziyyətdə daxil olub.
Hazırda dərin morfo-funksional yetişməzliklə bağlı körpənin ümumi vəziyyəti ağırdır. Ağ ciyərlər öz funksiyasını yerinə yetirə bilmir. Ağ ciyərləri normal işləmədiyindən uşaq süni ventilyasiya aparatına qoşulub, küveyzə yerləşdirilib.

Ona aid olan bütün yardımlar edilir, yəni əlimizdən gələni əsirgəmirik”.

Körpənin doğulduğu gündən çəki almasına gəlincə, baş pediatr “Onun çəki alması üçün ümumi vəziyyəti stabilləşməlidir. Biz o mərhələyə çatmamışıq”,- deyib.

Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 21-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 3 oğlan uşağı dünyaya gətirib. 

Doğuşdan sonra üçəmlərdən 2-si ölüb. Valideynlər üçəmlərdən 2-nin ölməsini xəstəxanada işıqların sönməsi nəticəsində küveyzdən çıxarılma ilə əsaslandırıblar.

Qeyd edək ki, doğuş avqustun 8-nə təyin olunsa da, vaxtından əvvəl iyunun 21-də baş verib.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar