Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üçüncü kəskin devalvasiya nə vaxt olacaq?


Bir ildən artıqdır ki, insanlar gözləmə vəziyyətindədirlər. Hamı da bir suala cavab axtarır: görən, iqtisadi böhranın pik anı nə vaxta təsadüf edəcək?


Bu gözləntilərə reaksiya kimi Azərbaycanın mediasında bilavasitə iqtisadi böhran və devalvasiya konteksində az qala ayrıca bir publisitik janr yaranıb desək, bir o qədər ifrata varmarıq. 

Bir tərəfdən belə yazıların yazılması, iqtisadi böhranın və üzücü devalvasiyanın diqqətdə saxlanması təbiidir – insanları daha çox nə düşündürürsə, ondan yazmaq lazımdır. 
Amma bunun digər tərəfləri də vardır. Hər belə yazıdan və ya süjetdən sonra cəmiyyətdə təlaş bir az da artır, insanlar daha çox narahat olmağa başlayırlar. 

Bunun də nəticəsi stimullaşdırılmış inflyasiya olur ki, artıq onu bir neçə dəfə müşahidə etmişik – ciddi bir əsas olmadan insanlar az qala, mağazalara yürüş edir, öz ehtiyaclarından qat – qat artıq alış-veriş edir, sanki bununla özlərini fərz edilən devalvasiyanın acı fəsadlarından sığortalamağa cəhd edirlər. 

Ən üzüntülüsü isə qeyd etdiyimiz gözləmə prosesidir. Kimi deyirdi ki, “Formula – 1” yarışlarından sonra daha bir – üçüncü devalvasiya dalğası olacaq. İndi də “əlamətdar” tarix kimi referendumdan sonranı götürürlər. Əslində isə fererendumun iqtisadi böhranla və yaxud da devalvasiya ilə birbaşa, aşkar əlaqəsi yoxdur. 

Bəli, düşünmək olardı ki, seçicilərin səsini itirməmək üçün hökumət sərt iqtisadi tədbirləri və qərarları referendumdan sonraya saxlayır...

Amma Azərbaycanda buna lüzum yoxdur. Onsuz da azərbaycanlılar öz səslərinin fərqində deyil. Daha ehtimallı olanı budur ki, yüngül, kiçik şoklar davam edəcək və manat tədricən özünün real qiymətinə doğru addımlayacaq. Kəskin şoklara gəldikdə isə, bir növ  ehtiyac yoxdur, çünki manatın “üzən məzənnəsi” kifayət qədər ciddi variasiyalar etməyə imkan verir...

Amma bu da təskinlik demək deyil. Nə fərqi var? İstəyirsən, uçuruma birdən-birə dığırlan, ya da addım-addım get – son nəticə bütün hallarda eynidir. Əvvəlcə onu deyim ki, böhranlar həm də iqtisadiyyatın bir növ profilaktikasıdır. Böhran zamanı hökumətin də, cəmiyyətin də, ayrı-ayrı fərdlərin də kreativliyi artır. Hər birimiz yeni imkanlar və alternativlər aramağa başlayırıq. Amma bu, o halda müsbət nəticə verir ki, hökumət həqiqətən də ciddi işlər görmüş olsun, iqtisadi mühit şok yaşamaqla bahəm, həm də dirçəlsin, təşəbbüs stimullaşdırılsın. Heç nə olmayanda, təşəbbüskarlıq stimullaşdırılmayanda, iqtisadi islahatlar dərinləşməyəndə sarsıntılı proseslər güclənir, cəmiyyət sanki böhranın qarşısında iflic olur...
Deyim ki, hökumət ilin əvvəlində daha çox fəallıq və işgüzarlıq nümayiş etdirdi. Amma neftin qiymətinin müəyyən həddə qərar tutması yenə də arxayınçılıq yaratdı. Böhran isə bunu sevmir. 

İndi də müəyyən işlər görülür. Ən azı rentabelsiz strukturlar hərraca çıxarılır və iqtisadiyyatın restruktrizasiyası istiqamətindəmüəyyən işlər görülür. Burada bir məqamı xüsusilə qeyd etmək istərdik. Müsbət tendensiyalardan biri də budur ki, birbaşa müdaxilə etməsə də hökumət iqtisadiyyatın, xüsusən də kənd təsərrüfatının daha əsaslandırılmış və elmi cəhətdən formalaşdırılmasına yardımçı olmaq istəyir. Əvvəlki vaxtlardan fərqli olaraq daha real sektorların inkişafına diqqət ayrılır. Bu baxımdan təbii ki, pambıqçılıq kimi sahələrin dirçəldilməsinə yönələn cəhdləri təqdir etmək lazımdır. Açıq danışaq. Azərbaycan nə qədər çalışsa da, məsələn, informasiya texnologiyaları sahəsində ciddi uğura nail ol bilməz, çünki bu sahə daha inkişaf etmiş ölkələrin inhisarındadır. Neft-qaz, tranzit və turizm,bir də kənd təsərrüfatı–ölkə iqtisadiyyatının dirçəldilməsi üçün bu sahələr daha perspektivli görünür. Demirik ki, bu sahələrdə az iş görülür və yaxud da görülmür. Bir az əvvəldə bu yöndəki səyləri qeyd etdik. Amma düşünürük ki, məsələn, turizm sahəsində daha çox iş görmək olardı. Fəqət, Gürcüstana baxanda Azərbaycan bu istiqamətdə hələ ki, “axsayır”...
Ona görə də nə böhranın özü, nə də onun xofu çəkilmir. Bəlkə də mən bu məsələyə bu qədər diqqət ayırmazdım. Amma bu yaxınlarda oxuduğum bir kitab – E.Kanettinin “Kütlə və hakimiyyət” kitabı məndə bu həvəsi artırdı...

Xüsusən də bir paraqraf – “Kütlə və inflyasiya” adlı bölüm mənə xüsusilə maraqlı göründü. Əslində inflyasiya və onun sosial- psixoloji affektləri yetərincə məlumdur... Fəqət, həmin kitabda bir detala xüsusi diqqət yetirilib: inflayasiya nəticəsinddə total dəyərsizləşmə baş verir... Hər bir ölkənin milli valyutası onun cəmiyyətinin və dövlətinin simvoludur, hər bir fərdin sosial statusunu müəyyən edən faktordur. Biz nə qədər desək ki, pul hər şey demək deyil, əslində tamam başqa cürdür – pul elə doğrudan-doğruya hər şey deməkdir, xüsusən də kapitalizmdə...

Hər şeydən əvvəl, pul qürur və dövlətə etimad mənbəyidir. Pul cəmiyyətin bir növ simvoludur və möhkəm milli valyuta həm də fərddə müəyyən bir topluma aid olmaqdan qürur doğurur. Nəhayət, bir az əvvəldə dediyimiz kimi, pul həm də şəxsiyyətin cəmiyyətdə yerini müəyyən edir, ona sosial məzmun verir, onun sosial statusunu təyin edir. 

“Ölmüş” pul ölmüş fərd, ölmüş ata və ölmüş vətəndaş deməkdir! Sanki bircə anın içində bütün dəyərlər heç olur, gözdən düşür.Bir sosial-siyasi instituta, bir topluma aid olmaq hissi birdən – birə180 dərəcə iniversiya edir – insan artıq bunlardan peşimançılıq hissi və əgər proses davam edərsə, utanc hissi keçirir. Bu, bəlkə də infliyasiyanın ən açı sosial – siyasi nəticəsidir...

Amma təəssüf ki, bu, diqqətdən qaçır. Təhlilçilər daha çox bir sual üzərində baş sındırırlar: görən, sosial-siyasi etirazlar olacaqmı? Halbuki bu, ən sonuncu və bəlkə də az əhəmiyyət kəsb edən məsələdir. Bircə onu deyə bilərik ki, hər iqtisadi böhran heç də ciddi sosial–siyasi etiraza transformasiya olunmur. Ona görə ki, “ölmüş” milli valyuta “ölmüş” fərd, “ölmüş” toplum və təbii, “ölmüş” vətəndaş deməkdir – bunu bir daha vurğulamaq məcburiyyətindəyik...

Təbii, bu, o demək deyildir ki, inflyasiyanın, ümumiyyətlə, heç bir siyasi nəticəsi olmur. Yox, qətiyyən belə deyil. Total inflayasiya zamanı hər şeydən əvvəl “ucuzlaşan” elə hökumətin özü olur. Hakimiyyət özünün bir növ “sakral” məzmununu, immunitetini itirir - əvvəl ironiya yaranır, daha sonra o lətifələrə və total qınağa çevrilir, axırda da itaətsizlik yaranır.İnflaysiyanın sosial – siyasi dinamikası belədir...

Ümid edirik ki, burada proseslər bu vəziyyətə çatmayacaq. Ən azı ona görə ki, bunun beynəlxalq aspekti yoxdur – indi dünyada müəyyən iqtisadi narahatlıq yaşansa da, total böhran yoxdur və börah daha çox bir neçə neft ölkəsində qabarıq görünür. Üstəlik, sanki Tanrı özü bizə vaxt və macal verir – neftin qiyməti  yüksək şkalada qərar tutmasa da, hər halda, kritik həddə də deyildir... Daha bir təskinlik verən məqam da budur ki, dolların uçot dərəcəsi dəyişmədi, ABŞ-da bu məsələyə ilin son günlərində baxılacağı deyildi. Bu isə o deməkdir ki, ən azı ilin sonunadək vaxt var...

Amma arxayınçılıq üçün əsas yoxdur. Ən böyük problem bilirsiniz, nədir? Manatın arxasında real və güclü iqtisadiyyat deyil, hələ də dollar emissiyası dayanır. Ona görə də manat özünün real qiymətinə doğru can atır. Üstəlik, stimullaşdırılan inflyasiya da az rol oynamır.  Bahalaşma bir tərəfdən manatın ucuzlşamasının nəticəsidirsə, o biri tərəfdən də monopoliyanın təzahürdür. 

Bu yaxınlarda, təxminən bir ay bundan əvvəl yaşadığım bir epizodu bölüşmək istəyirəm. Telekanalların birində fermerlər gileylənirdi ki, pomidor tökülüb qalıb, 15-20 qəpiyə belə alan yoxdur. Ertəsi gün dərhal bir neçə marketə baş çəkdim. Siz bilən, pomidor neçəyə idi? İnanmazsınız, amma düz 1 manat 20 qəpiyə idi!.. Bu, nədir? Bunun özü ölkədəki monopoliyanın təzahürü deyilmi?...

Elə bu səbəbdən indi ölkədəki vəziyyəti belə səciyyələndirmək olardı: manat çabalayır, insanlar isə vurnuxurlar...

Bütün mürəkkəbliklərin sonda bir sadə açılışı olur. Təbii ki, bu düyün və ya mürəkkəblik də axır çözüləcək. Amma hamının istədiyi nədir? Hamı daha çox onu istəyir ki, sarsıntılar olmasın. Bu sosial-iqtisadi sarsıntılara da aiddir, elə siyasi sarsıntılara da...

Hüseynbala Səlimov(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar