Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna Azərbaycan neftinin tədarükünü artırmağı planlaşdırır


"Ukrtransnafta" Publik Səhmdar Cəmiyyəti (Ukraynanın neft nəqli sisteminin operatoru) gələcəkdə Azərbaycanın "Azeri Light" neftinin Kremençuq Neft Emalı Zavoduna (NEZ) tədarük həcmini artırmağı planlaşdırır


Bunu Trend-ə açıqlamasında Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv deyib.

Xatırladaq ki, martın 10-dan "Ukrtransnafta" Odessadan Kremençuqa neft kəməri məntəqəsinin işini yeniləyib və "Azeri Light"ın Kremençuq NEZ-ə nəqlinə başlayıb. Ötən ilin sonunda imzalanmış saziş 2017-ci ildə Kremençuq NEZ-ə ən azı 1,3 milyon ton "Azeri Light" neft növünün nəqlini nəzərdə tutur.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan neftinin nəqli "Ukrtransnafta"ya 5 ilə yaxındır fəaliyyət göstərməyən Odessadan Kremençuqa neft kəməri məntəqəsinin işini yeniləməyə imkan verir:

"Bu, Ukrayna NEZ-lərinə neft nəqlini, həmçinin Ukrayna üzrə daxili neft nəqli həcmini də artıracaq".

Qeyd edək ki, Kremençuq NEZ 2016-cı ilin dekabrından "Azeri Light" neftini emal edir. Buna qədər isə neft zavoda dəmiryol nəqliyyatı ilə göndərilirdi.

2016-cı ildə Azərbaycan 31,1 milyon tondan çox yüngül neft hasil edib. 2015-ci ildə bu göstərici 31,3 milyon ton olub.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunda hasil olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar