Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynadakı proseslər Azərbaycana təsir edəcəkmi?


Azərbaycanı demokratik dəyişikliklər gözləyir


Dünyada cərəyan edən son proseslər Qərb - Rusiya qarşıdurmasının yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilir

Xüsusən MDB məkanında cərəyan edən proseslər daha effektli görünür. Bu proseslər fonunda Ukrayna və Gürcüstan qarşıduran tərəflər üçün daha cəlbedicidir.

Proseslər Azərbaycana da təsir edəcəkmi? Hansı səbəbə KiyevTiflis Qərb üçün Bakıdan daha cəlbedicidir? Bu suala cavab tapa bilmək üçün Ukrayna, Gürcüstan və Azərbaycanın önəmini təhlil etmək lazım gəlir.

Ukrayna ABŞ üçün böyük önəm kəsb edir. Qərb analitikləri əmindirlər ki, artıq bu ölkəni Rusiya öz təsir dairəsinə qaytara bilməyəcək.

Qonşu Gürcüstan da Avroatlantik məkana inteqrasiya yolunu seçib və yoldan geri dönməyəcəyi məlumdur. Mixail Saakaşvili dövrünün bitməsi də Moskvaya Tiflis üzərində hakimə çevirmək imkanı vermədi. Əksinə, Ukraynada baş verənlər onu deməyə əsas verir ki, Qərb MDB məkanına növbəti dəfə təsir etmək istəyir. ABŞ politoloqu Zbiqnev Bzejinskiy yeni ideyalarla çıxış edir və açıq şəkildə bəyan edir ki, Ukrayna, Gürcüstan və Qırğızıstan üzərində nəzarət Rusiyaya qarşı sanitar dəhlizi rolunu oynaya bilər.

Qərbin Gürcüstanda həyata keçirdiyi “Saakaşvili layihəsi” olduqca uğurlu oldu. Qısa bir müddət ərzində ölkədəki korrupsiyaya son qoyan Saakaşvili işsizlik problemini həll etməklə yanaşı, dövlətin uzun illərdən əhaliyə olan əməkhaqqı borclarını ödəyə bildi. Bir sözlə, Saakaşvili bir örnək idi. Rusiyanın təsirindən azad olmaq və Qərblə inteqrasiyanın üstünlüklərini MDB məkanına göstərmək üçün həyata keçirilən bir layihə idi. Saakaşvili Rusiyanın planlarına ən ağır zərbəni Acarıstanı Tiflisin təsir dairəsinə qaytarmaq və Batumi limanı üzərində nəzarəti  bərpa etməklə vurdu.

Lakin Cənubi Osetiya üzərində nəzarəti bərpa etməkdə Saakaşvili Vaşinqtondan dəstək ala bilmədi. Cənubi Osetiyadan Rusiyanın getməsi Moskvanın Cənubi Qafqazdan qovulması anlamına gələ bilərdi.

Rusiya üçün Qafqaz tarix boyunca olduqca önəmli olub. Çar Rusiyası, SSRİ dönəmində ruslar bu bölgədə möhkəmlənmək istəsələr də, uzun müddətli uğur qazana bilməyiblər. Bu baxımdan, Putinin Qafqaza bu dərəcədə can atması anlaşılandır. Nə Azərbaycan, nə Gürcüstan, nə də ki, Ermənistanı rusdilli kütləyə çevirə bilməyən Moskva anlamaq istəmir ki, artıq dünyada yeni düzən qurulur və o, öz imperiya iddialarından əl çəkməlidir.
Etnik münaqişələri də artıq beynəlxalq təşkilatlar tənzimləyir. Rusiya bu məsələdə də bir addım geridədir.

ABŞ Gürcüstanı və Azərbaycanı nəzarətə almaqla Rusiyanın bölgədəki yeganə forpostu olan Ermənistana da çıxış əldə edir. Gürcüstan və Azərbaycan eyni zamanda Türkiyə üçün Orta Asiyaya çıxış əldə etmək üçün mühümdür. Azərbaycan və Gürcüstana xarici yatırımın qoyulması da Rusiyanı narahat edir. Sərhədlərə nəzarət üçün ortaya atdığı Gömrük İttifaqı isə Ukraynada ölümcül zərbələr almaqdadır.

Ukraynada son günlər baş verənlər inqilab dalğası Rusiyanın içərilərinə doğru yayılana qədər davam edə bilər. Moskva öz ölkəsində “rəngli inqilablar”ı yatırmağa vaxt sərf etdiyi dönəmdə isə Qərb və Türkiyə artıq bölgədə daha da möhkəmlənmiş olacaq.
Qərbin marağında ilk növbədə Ukrayna və Gürcüstanda Kremlin nüfuzunu heçə endirməkdir. Gürcüstanı itirməklə Moskva Ermənistana nəzarətdən məhrum olacaq, bu isə İran və Türkiyə sərhədlərinə çıxışdan məhrum olmaq deməkdir. Gürcüstana nəzarət Yaxın Şərqə çıxış deməkdir. Bu baxımdan bu ölkə Qərb üçün daha vacibdir.

Orta Asiyaya çıxış əldə edən Türkiyə Tacikistan istisna olmaqla, türkdilli ölkələri öz təsirinə ala bilir.

Orta Asiya Rusiya üçün eyni zamanda bu bölgənin enerjidaşıyıcılarını Avropaya nəql edəcək “Nabucco” layihəsini reallaşdırmaq üçün lazımdır. Qərb buna imkan verməmək üçün MoskvaQafqazdan qovmaq planını gizlətmir və bu planda Gürcüstanı ram etmək daha önəmlidir.

Rusiyanın  Qafqazda mövcudluğu bir sıra amillərlə yanaşı Dağlıq Qarabağ probleminin həll edilməməsi ilə də bağlıdır. Lakin görünən budur ki, beynəlxalq güclər bu münaqişəni də Moskvasız həll etmək niyyətindədirlər. Bu isə Rusiyanın bölgədən tam getməsi ilə sonuclana bilər.

Bir sözlə, MDB məkanı böyük dəyişikliklər ərəfəsindədir.  Ukraynadakı demokratiya uğrundakı növbəti dalğa gec-tez Azərbaycana da gəlib çıxacaq. Bu proseslərə indidən hazır olmaq lazım gəlir.

Bir sözlə, SSRİ dağılarkən bu prosesə hazır olmayan respublikalar böyük zərbələr aldılar. Rusiyanın imperiya maraqlarının dağıdılmasının növbəti mərhələsi başlayır. Ölkədə demokratik islahatlar etməkdə maraqlı olan və buna qadir olan qüvvələr daha böyük düşünməyi bacarsalar, Azərbaycan bu dəyişikliklərdən daha ağrısız çıxa bilər...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar