Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ümumdünya Gömrük Təşkilatının illik konfransı keçirilir


Sentyabrın 27-də Filippin Respublikasının Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) növbəti 11-ci illik Konfransı öz işinə başlayıb


Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, konfransda Azərbaycan  Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Konfransın ilk iş günündə Ümumdünya Gömrük Təşkilatının araşdırmalar bölməsinin rəhbəri və PICARD konfransının sədri Robert Aylendin, Filippin Maliyyə Departamenti müşaviri Antonett Tionkonun, Filippin Gömrük Bürosunun komissioneri Kapitan Nicanor Faeldonun və Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanın açılış nitqləri dinlənilib. Sonra gündəlikdə nəzərdə tutulmuş məsələlərə dair təqdimatlar keçirilib. Eyni zamanda, Filippində gömrük idarəetməsi, tranzit və ticarətin sadələşdirilməsi, elektron gömrük və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi də aparılıb.
 
Tədbirdə mədəni sərvətlərin qanunsuz ticarəti, Səlahiyyətli İqtisadi Operator İnstitutunun tətbiqindən irəli gələn faydalar və etibarlı ticarət marşrutları, tədqiqat və akademik məsələlər barədə müzakirələrin aparılması, həmçinin Azərbaycan gömrük xidməti tərəfindən “Elektron gömrüyün inkişaf etdirilməsi üçün layihələrin idarə olunmasının əsas prinsipləri” mövzusunda təqdimatın keçirilməsi də nəzərdə tutulub.
 
Bildirək ki, iki gün davam edəcək konfrans sentyabrın 29-da öz işini yekunlaşdıracaq.
 
Qeyd edək ki, ÜGT PİCARD Konfransı 2006-cı ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir və məqsəd gömrük idarələri və aidiyyəti akademik qurumlar arasında əlaqələri genişləndirməkdir. Xatırladaq ki, Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD  Konfransı ötən il Bakı şəhərində keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar