Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ümumxalq səsverməsinə çıxarılacaq məsələlərlə bağlı partiya sədrləri nə düşünür?


Fazil Mustafa: “Milli Məclisdə etik davranış qaydalarının pozulması və mandatdan məhrum olunma ilə torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı maddələr üzərində müzakirələr aparılmalıdır”


İqbal Ağazadə: “Vətəndaşın hüquqlarından sui istifadə etməsi deyə bir anlayış ola bilməz.Çünki öz hüquqlarından ancaq vəzifəli şəxslər sui istifadə edə bilir”.

Araz Əlizadə: “Konstitusiya qara daş deyil. Ona görə də vaxtaşırı təzələmək , müasirləşdirmək lazımdır”.

Bildiyimiz kimi dünən Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə bağlı keçiriləcək referendumun vaxtı təyin olunub. Prezident İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə daxil olan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə baxılıb. Və Konistitusiya Məhkəməsindən müsbət rəy aldıqdan sonra ölkə prezidenti ümumxalq səsverməsini (referendumu) sentyabrın 26-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. 

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı bir neçə partiya sədrinə, Böyük Birlik Partiyasının sədri, deputat Fazil Mustafaya, Ümid partiyasının sədri İqbal Ağazadəyə və Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadəyə müraciət edib.


ADPCGN7DFxkEljvuQ/T2bXMefeNbuIeaKf7UYNL4ej/8AoStK8BzXR6QDUxtJL3NLaDTTxc52ofyps9pOJEsOClH42uJ5GultQfUFH0BHYV3MVdlwaujZaKwNZoy2xCHTGpKIzT1FyhrhZJgewbKTJ7pUbD7KSdkgBkch1VBpdGIsCZCC0gE8jaqD4Ud8DzTCXh74yah1aEk2py+CADuT4gNHZPFOX9+aaeFc2GHc6Cbv4OYUcDfQT+MfrTrySFjsaHSkg90gaT0tX1RvKYZcSRGxtSKkgkAGnOp5IALZ2cM5z4BM2QNP3crQSKHYE03Gx5JPxeG0khzfUXHoVbuMw8AwxgEkEbixrT7puKaiQ25VTZniuzeWtOptTy3oaVodk4srJBRenZAMR5OFPNYuhmjN6U6LFVEH0LwO4/YMPf8ACf8AU5AfbMf9mO/40X1KxYpXBFI5bs5cX7+qxYj4P6eu3WzlixMDxqw7rFiQGj0MHvnosWJDPq/hg/8AosL/APHi/wBDURJWLEgPnv2nf+54n+Zn/LYldYsTA8KffZIfvp/+HH/rKxYhgCOORXMZa32/5TUHkYPsrXUGrtnCvOnZtNK+FVixIAhng0yzhvdAfBQCwHdB5ed12z1xOX4Ek1703+or1YhALa3KxYqA5TbFRZNlixAHuHXV+6xYgAfD/E9VOnP3ZWLEgO7Pcj/lCcOCmgvYDcXsbheLEmA45k0NhkLRpo07W+iqXMT3z6LFiaBEYLFixWgP/9k=" alt="Image result for Fazil Mustafa">

Fazil Mustafa: “Konistitusiyada olan  dəyişikliklər ali icra hakimiyyətinin gücləndirilməsi və insan haqları ilə bağlı məsələlərin daha da təkmilləşdirilməsi ilə bağlıdır”.



Böyük Birlik Partiyasının sədri, deputat Fazil Mustafnın fikrincə, təklif edilən dəyişikliklərin çox qismi mövcud şəraitə görə verilib. Ölkənin təhlükəsizliyini təmin etmək hər şey vacibdir. Lakin bir neçə məsələ var ki, onlar üzərində işlənilməlidir. Çünki bəzi müddəlar mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər:

“Partiyamız belə hesab edir ki, ölkənin təhlükəsizliyi ilə bağlı problemlər aktuallıq təşkil etdiyinə, ölkədə baş verən proseslərin fonunda bu referendumun keçirilməsi zəruriyyəti yaranmışdı. Konistitusiyada olan  dəyişikliklər də ali icra hakimiyyətinin gücləndirilməsi və digər insan haqları ilə bağlı məsələlərin daha da təkmilləşdirilməsi ilə bağlıdır. Bu dəyişiklikləri müsbət qarşılayırıq. Sadəcə bir neçə maddə var ki, onun üçün narazılığımızı ifadə etmişik. Bu Milli Məclisdə  etik davranış qaydalarının pozulması və mandatdan məhrum olunma ilə torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlıdır. Bu maddələr üzərində müzakirələrin  aparılmasının tərəfdarıyıq. Çünki burada mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək məqamlar mövcuddur. Amma ümumi referendumdakı  maddələrin böyük əksəriyyətinin  aktual olduğunu düşünürük”.


Image result for iqbal agazadə

İqbal Ağazdə: “İşləməyən baş nazirin hesabatını Milli Məclis qəbul etmirsə və nədən  işləməyən baş nazir yox,  onun hesabatını qəbul etməyən Milli Məclis istefaya göndərilir”



Ümumxalq səsverməsinə (referendum) çıxarılacaq dəyişiklikləri şərh edərkən Ümid partiyasının sədri İqbal Ağazadə bildirib ki, təqdim olunan dəyişikliklərdə anlaşılmayan müddəlar çoxdur. Təklif edilən dəyişikliklərdə bir-biri ilə tutuşmayan ,əsaslandırılmayan maddələr var.  Bu dəyişikliklərdən görünür ki, ölkədəki qanunverici orqanın gücünü zəiflətmək, icraedici orqanın fəaliyyəti genişləndirmək və möhkəmləndirmək üçün atılan addımlardır:

“Biz Ümid partiyası olaraq Konstitusiyaya təklif olunan dəyişikliklərin əksəriyyətini negativ dəyişikliklər hesab edirik. Bunu referendum layihəsi təqdim olunan ilk gündən demişik. Bu layihədə çox ciddi məhdudlaşdırmalar var. Lokallıq haqqında qanuna bənd əlavə olunub ki, qanuni yollar olmadan lokallıq elan oluna bilməz. Yəni iş yerləri bağlana bilməz. Bu da xüsusi mülkiyyət üzərinə təzyiqdir. Vətəndaşın hüquqlarından sui istifadə etməsi deyə bir anlayış ola bilməz. Halbuki vətəndaş hüququndan sui istifadə edə bilməz. Bundan ancaq vəzifəli şəxslər istifadə edə bilər.  Bunu vətəndaşın üzərinə qoymaq düzgün deyil. Bunlar insan haqları ilə bağlı məsələlərdir. İdarəçiliklə bağlı çox ciddi problemlər var. Əvvəla idarəçiliyin 5 ildən 7 ilə qədər qaldırılması heç bir şəkildə əsaslandırılmayıb.

İkincisi vitse-prezidentlik inistitunun yaradılması ilə bağlı -  ölkədə paralel strukturluğun mövcudluğunu göstərəcək Baş Nazirlik institutu, Prezident Administrasiyası institutu ləğv olunmayıbsa,  vitse-prezidentlik institutu hansı vəzifələri icra edəcək? Xüsusən böhran olduğu illərdə idarəçiliyin təmərküzləşdirilməsi əvəzinə bu cür məsələlərin ortaya çıxması doğru və məntiqli deyil. 

Bundan başqa Milli Məclisin prezident tərəfindən buraxılması qəbul olunan deyil. Bizim partiyanın mövqeyi belədir. Layihəyə əsasən Milli Məclis prezident tərəfindən buraxılması o halda baş verir ki, Milli Məclis hökümətə səs vermir və böhran yaranmasın deyə Milli Məclis buraxılır. İşləməyən baş nazirin hesabatını Milli Məclis qəbul etmirsə, nədən  işləməyən baş nazir yox, onun hesabatını qəbul etməyən Milli Məclis istefaya göndərilir? Bu qanunverici orqanın cəmiyyətdəki və hakimiyyət bölgüsündəki yerinin  sıfıra endirilməsi və mərkəzləşdirilmiş qaydada icra strukturlarının gücləndirilməsi demək olur. Bu 21-ci əsrin  idarəçilik metodlarına uyğun gəlmir. 21-ci əsrdə idarəçilik metodları - icraedici, qanunverici  və məhkəmə orqanlarının bir-biri üzərində nəzarətini həyata keçirən və səlahiyyətlərini daha geniş şəkildə bir -birinin arasında bölən bir idarəetmə seçilməlidir. 

O cümlədən  vətəndaşın siyasi partiyaların,  bələdiyyələrin hər hansı birindən şikayət etmə hüququ var. Bu da qanunla mümkün olan şey deyil. Məsələn Ümid partiyasına aid olmayan hər hansı şəxs nece şikayət edə bilər? Yaxud adi vətəndaş bir firmadan , təşkilatdan nece şikayət verə bilər? Əgər onların bir-biri üzərində hüquqları yoxdursa. Bunlar hamısı absurd məsələlərdir. Hüquqşünaslar buna nece rəy verib?  

O cümlədən prezidentliyə namizədlikdə  yaş məhdudiyyətinin aradan götürülməsi haqda, məsələn, mənim 18 yaşım var və qanun mənə prezidentliyə namizədliyimi verməyə icazə verir, amma mənim ali təhsilim yoxdur. Bu bəndin tənzimlənməyə ehtiyacı var. Burada müəyyən aşağı yaş məhdudiyyəti olmalıdır. 18 yaşlı gənc biri ilə 35 yaşda adamın məsələyə  yanaşma tərzləri  arasında ciddi fərqlər var. Məsələn fərz edək ki, bir adam 25 yaşında prezident seçilib ama ali baş komandan kimi vəzifəsini icra edir ama orduya çağrılanlar arasında 18-35 arası yaş məhdudiyyəti qoyub. Bu nece yanaşmadır?  Yaxud parlamentdə yaş məhdudiyyətinin  25 yaşdan aşağı düşməməsi. Məsələn, dünyanın heç bir yerində bu cür yaş məhdudiyyətlərinin aradan qaldırılması kimi anlayış yoxdur. Elə yaxın qonşumuz olan Türkiyədə prezident 40 yaşından sonra seçilə bilir. Postsovet ölkələrində aşağı yaş həddi 30 yaş müəyyənləşib. Almaniya konistitusiyasında prezidentlik yaşı göstərilməyib. Amma Almaniya konistitusiyasından məlumdur ki, prezident 16-ı vilayət məclisindən və bundesdanqdan seçilir. Bundesdanq  və məclisdə olmaq  üçün isə müəyyən yaş həddi var. 

Bütövlükdə biz bu Konstitutsiyaya dəyişikliklərin bu şəkildə qəbul olunmasının əleyhinəyik və çalışacağıq ki,  hüquq yollarla referendum qrupu yaradaraq fikirlərimizi vətəndaşlara, seçicilərə çatdıraq”.


Image result for Araz Əlizadə

Araz Əlizadə : “Mən bütün müddəları ilə təklif olunan dəyişiklikləri dəstəkləyirəm”


Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə əməkdaşımıza bildirib ki, Konstitutsiyaya təklif olunan dəyişikliklər tam yerində və zamanında verilib. Konistitutsiya zamana görə tənzinlənməli, yenidən qurulmalıdır: 

“Məncə Konstitutsiyaya təklif olunan dəyişikliklər tam yerində və zamanında verilib. Ona görə də Azərbaycan Sosial-Demokratları təklif olunan dəyişiklikləri olduğu kimi dəstəkləyir. Konistitutsiya qara daş deyil. Onu də vaxtaşırı təzələmək, zamana görə müasirləşdirmək və tənzimləmək lazımdır. Hesab edirik ki, təklif olunan dəyişikliklər zamanın tələbinə uyğundur”.

Sübü ƏZİZOVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar