Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Unutsam, pıçılda



Qan TURALI yazır


Çağan Irmak kütləvi filmlərin rejissoru kimi tanınır.
 
Gənc olmasına baxmayaraq (44) on bir tammetrajlı film çəkib.
 
Bura səkkiz teleserialı da əlavə etsək böyük bir rəqəm alınır.
 
Rejissorun ən çox uğur qazandığı film “Babam və oğlum”dur (2005).
 
4 milyon adamın baxdığı film 25 milyon lirə gəlir gətirmişdi.
 
Uğur yalnız rəqəmlərdə deyil.
 
Atalar və oğullar kimi əbədi mövzudan gözəl film çıxartmaq o qədər də asan deyil.
 
2008-ci ildə melodrama janrında  “Issız adam”ı çəkən rejissor kassada da uğur qazandı. (2.7 milyon tamaşaçı) Lakin rejissorun sonrakı filmlərinin tamaşaçı sayı sürətlə azalmağa başladı.
 
Misal üçün “Dedemin insanları” filmini 1.2 milyon tamaşaçı izlədi.
 
“Issız adam” filmində üstüörtülü qoyulan homoseksualist  mövzusunu açıq şəkildə bəyaz pərdəyə gətirən “Tamam mıyız” filmi isə sadəcə fiasko idi. Filmə cəmi yarım milyon adam baxmışdı. “Babam və oğlum”dan 8 dəfə az.
 
Rejissorun son filmi “Unutursam fısılda” isə rejissorun papağını qarşısına qoyub düşüncəyə daldığı filmdir.
 
Adətən filmlər nə qədər bayağı olursa o qədər çox uğur qazanır. Misal üçün Cem Yılmazın ən gözəl filmi sayılan “Hokkabaz” ən az baxılan filmidir.
 
Ya da Recep İvedikin ən pis filmi olan “Recep İvedik 4”-ə 7 milyon tamaşaçı baxdı.
 
Tamaşaçı isə Çağan Irmakın sənətinə dəqiq qiymət verir. Belə olmasaydı “Babam ve oğlum” və “Issız adam” filmləri uğur qazanmazdı.
 
 
***
 
“Unudursam fısılda” müğənni və şairə olan iki bacı haqqındadır.
 
Filmin məzmununu yazmıram.
 
Əhvalatlar Sezen Aksunun "Belki şehre bir film gelir, İklim değişir akdeniz olur, Gülümse" 
sözləriylə təsvir etdiyi qəsəbədə keçir. 
 
“Xəyallarının arxasınca gedin”: Filmin şüarı budur.
 
Tibb bacısına çevrilən şairə kənddə qalır, müğənni isə şöhrət qazanır.
 
Filmdə dolanışıq dərdi ilə kütləvi sənətlə məşğul olmağa məcbur qalmış musiqiçilərin daxili tərəddüdləri əks edilib.
 
***
 
Filmin qalası Nizami Kino Mərkəzində də tamamilə məxfi şəkildə keçirilib.
 
Dövlət agentliklərindən başqa heç bir media orqanı Çağan Irmakın Bakıdakı mətbuat konfransına dəvət edilməmişdi.
 
Görünür, Nizami Kino Mərkəzinin rəhbərliyi təqdimatda “Issız adam” atmosferi yaratmaq istəyirmiş. (kulis.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar