Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ünvanlı sosial yardımım ayrılmasında dəyişikliklər olacaq


Səlim Müslümov:“Ünvanlı sosial yardım haqqında qanunvericiliyə dəyişikliklər nəzərdə tutulur"


  Avqustun 27-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Məlumat mübadiləsi saatı"nın növbəti iclası keçirilib.

ANS PRESS-in Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, iclas ƏƏSMN-nin əhalinin sosial təminatının gücləndirilməsi, sosial xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, əmək hüquqlarının təminatına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi sahələrində aparılan işlər, bu sahələrdə yeni yanaşmaların tətbiqi barədə məlumatların mübadiləsinə həsr olunub.

İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən sosial cəhətdən həssas əhali qruplarına göstərilən diqqət və qayğıdan söz açıb, ölkənin sosial təminat və sosial xidmətlər sisteminin təkmilləşdirilməsi istiqamətində mütərəqqi dünya təcrübəsi əsasında mühüm işlərin aparıldığını vurğulayıb: "Ötən ilin dekabrı da daxil olmaqla son 9 aya yaxın dövrdə cənab Prezident tərəfindən ölkə əhalisnin sosial təminatının gücləndirilməsinə xidmət edən 12 Fərman və Sərəncam imzalanıb. Həmin sənədlər sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının əhəmiyyətli şəkildə artmasına səbəb olub. Bununla yanaşı, bizim üçün prioritet məsələlərdən biri dövlət qayğısının aztəminatlı əhali təbəqələrinə çatdırılması sistemini şəffaflıq prinsipi və müasir texnologiyalar əsasında davamlı olaraq təkmilləşdirməkdir. Bu istiqamətdə ən mühüm addımlardan biri ünvanlı dövlət sosial yardımının təyinatı prosesinin avtomatlaşdırılmasıdır. Bu məqsədlə xüsusi işçi qrup tərəfindən yeni layihə hazırlanıb. Qeyd olunan layihənin pilot ərazilərdə tətbiqinin nəticələri əsasında ünvanlı sosial yardım haqqında qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulur".

Nazir cari ilin 1 iyulundan işə salınan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə də toxunub: "Artıq 300 minə yaxın əmək müqaviləsi bildirişi yeni sistemdə qeydiyyatdan keçib və işəgötürənlər arasında aparılan çoxşaxəli məlumatlandırma işlərinin müsbət nəticəsi olaraq, hər gün qeydiyyatdan keçən bildirişlərin sayı əvvəlki günə nisbətən xeyli çox olur".

S.Müslümov qeyd olunan sahələrdə aparılan işlər, yeni bilik və təcrübələrlə bağlı bu iclasda məlumat mübadiləsinin "beyinlərin hücumu" metodu ilə mövcud problemlərin həllinin ən optimal variantını tapmaqda, ümumi məlumatlılıq səviyyəsinin yüksəlməsində, görülən işlərdə vahid və əlaqəli yanaşma prinsipinin güclənməsində mühüm önəm kəsb etdiyini vurğulayıb.

Nazirliyin Aparatının Sosial təminat siyasəti şöbəsinin müdiri Səbinə Cəfərova və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov tərəfindən iclasın mövzusuna uyğun sahələrlə bağlı təqdimatlar olub, ayrı-ayrı suallar cavablandırılıb. İclasda verilən görülən işlərlə bağlı fikir mübadilələri aparılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar