Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaq cinayətlərinin səbəbləri



UNİCEF, Ombudsman Aparatı və “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyi cinayət törətmiş uşaqlarla bağlı monitorinq keçirib


Monitorinq çərçivəsində prokurorluq və polis əməkdaşları, o cümlədən cinayətdə iştirak edən uşaqlar arasında sorğular aparılıb, uşaqların cinayət törətmələrinin səbəbləri araşdırılıb. 

Bu barədə virtualaz.org saytına “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyinin sədri Nazir Quliyev bildirib.

N.Quliyevin sözlərinə görə, azyaşlıların cinayət törətmə səbəbləri müəyyənləşdirilib: “Birinci səbəb valideyn məsuliyyətsizliyidir. Sonrakı yerdə mobil telefonlar, internet, sosial şəbəkələrin təsiridir. Uşaqlar bildirirlər ki, onlar oğurluq etməzdən əvvəl internetdən oğurluqla bağlı lazımi məlumatları əldə ediblər. Hətta sosial şəbəkələrdə tanışlıqdan da istifadə ediblər. Sonrakı yerdə isə hüquqi məsuliyyət amili dayanır. Uşaqlar hesab edirlər ki, cinayət törətsələr də uşaq olduqları üçün məsuliyyətə cəlb edilməyəcəklər”.

N.Quliyev dedi ki, son illər uşaqlar tərəfindən törədən cinayət hadisələrinin sayında ciddi artım qeydə alınmayıb. Lakin uşaqların iştirakı ilə törədilən cinayətlərin ağırlıq dərəcəsinin artması narahatçılıq doğurur: “Məsələn, uşaqlar tərəfindən törədilən qəsdən sağlamlığa zərər vurma, zorlama faktlarının artımı bizi narahat edir”.

Təşkilat rəhbəri dedi ki, hazırda cəzaçəkmə müəssisəsində 40-a yaxın uşaq cəza çəkir: “Daha 40-dək azyaşlı isə istintaq təcridxcanalarında saxlanılır. İl ərzində isə uşaqların iştirakı ilə 250-300 cinayət qeydə alınır. Cinayət törətmiş 10 yaşlılar və ondan aşağı yaş qrupuna daxil olan uşaqlar Qubada yerləşən müəssisədə saxlanılır. Təhsil Nazirliyinin tabeliyində olan bu müəssisə cəzaçəkmə müəssisəsindən fərqlənmir”.

.Quliyev söylədi ki, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət törətmiş uşaqların işinə xüsusi təlimlər keçmiş hakimlər baxacaq: “Azərbaycanda ilk dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində 3 hakim, 2 dövlət ittihamçısı xüsusi təlimlərdə iştirak edib. Oktyabrın 1-dən uşaqlar tərəfindən törədilmiş cinayətlərə məhz onlar baxacaqlar. Gələcəkdə isə bu sistem digər məhkəmələrdə də tətbiq ediləcək”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmayan 124 nəfərdən ibarət 41 qrupun zərərsizləşdirildiyi haqda məlumat yaymışdı. Məlumatda qeyd olunurdu ki, son 1 il 6 ay ərzində müxtəlif qanun pozuntularına və nəzarətsizliyə görə polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 7890, o cümlədən dilənçilik edən 985 azyaşlı, eləcə də uşaqları qanunazidd fəaliyyətə cəlb edən və cəmiyyətə zidd həyat tərzi keçirən 297 valideyn gətirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bununla yanaşı 117 cinayət törətmiş yetkinlik yaşına çatmayan 124 nəfərdən ibarət 41 qrup zərərsizləşdirilib, 729 cinayət törətmiş 756 azyaşlı müəyyən edilib.

Dövlət Statistika Komitəsi isə ötən il 67 uşağın ağır və xüsusi ağır cinayətlərdə iştirak etdiyini bildirir. Komitənin hesabatında bildirilir ki, cinayətin 13-ü adam öldürmə və qəsdən adam öldürməyə cəhd, 17-si adam öldürməyə cəhd, 1-i zorlama, 320 oğurluq,  90 mənzildən oğurluqdur. Cinayətdə ittiham olunanlardan 32-si 5 ilədək, 36-sı isə 5 il və 5 ildən yuxarı cəza alıb. 12 uşaq qəsdən adam öldürməkdə,  8-i qəsdən sağlamlığa zərər vurmaqda, 1-i zorlamada, 17-si oğurluqda, 3-ü soyğunçuluqda, 10-u quldurluqda, 10-u narkotik vasitəlrlə əlaqəli cinayətlərdə təqsirləndirilir.

Ümumilikdə 272 uşaq cinayətdə günahlandırılıb. Onlardan 38-i 14-16 yaşlı olub. Cinayət törətmiş uşaqların 265-i oğlan, 7-si isə qız olub. 233 uşağın hər iki valideyni var.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar