Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqbazlıqdan oxuyan xanəndə



Rövşən yazır



Səməd kişi oturmuşdu divanın sağ küncündə. Bir-iki yanbız aralıda arvadı Sona xala əyləşib açıqda qalmış baldırına qonan naməhrəm milçəklərin ağzı dəyən yerləri qaşımaqdaydı.
 
Səməd kişi səssizlikdən bezib ah çəkdi. Nəsə demək istədi. Ancaq arvadının şikayət dolu gözlərini görüb əlini göbəyinin üsündən götürdü ki, ömür-gün yoldaşının namusunu inadkar milçəklərdən qorusun.
 
Otağın qapısı açıldı. 15-16 yaşlı qız nəvəsi gəlib oturdu aralarında. Qeyrət inspektoru müqəddəs niyyətlə qalxmış əlini uzatdı televizorun pultuna. Bayaqdan yaxa yırtıb dad eləyən xanəndənin səsini bir qədər də açdı. Bədənləri ilə divanı zəbt etmiş cahil trio gözlərini zillədi ekrana. Xanəndə bəmdə ləzzətlə bir-iki dəfə gərnəşib, sağa-sola üç-dörd dəfə dombalaq aşandan sonra başladı qəzələ:
 
 
Kimdə vardır gözəlim səndə olan cazibələr
Sənə dünyada məgər aşiq olan da qəm elər?
 
 
Səməd kişi ağzını marçıldatdı. Sona xala ah çəkdi. Qız nəvə oxunan kəlamdan bir şey anlamayıb sağ budunu qaşıdı. Əlində tutduğu telefonu qurdalamağa başladı. Səməd kişi marçıltısına ara verib nəvəsinin telefonunu müsadirə elədi. Nəvə babasına elə baxdı ki, yalnız ictimai nəqliyyatda harasısa tapdağa məruz qalan tələbə qızların gözlərində rast gəlmək olardı belə baxışlara. Səməd kişinin pis bir niyyəti yoxdu. İstəmirdi, nəvəsinin diqqəti dağılsın. İstəyirdi, incik baxışlı məsum  qız uşağı da muğama qulaq asanda ağzını marçıldatsın. Əgər bir nəfər yandan çıxıb oxunan bu beyti loru dildə Səməd kişiyə izah etsəydi və desəydi, bax, ağsaqqal, şair bu şeirdə demək istəyir ki, mənim torpağım işğal altındadı, kirayədə yaşayıram, banklara borcum var, qardaşımın ciyəri xəstədi, amma bunların heç biri vecimə deyil, çünki sevdiyim xanımın elə bir cazibəsi var ki, məni qəm çəkməyə qoymur -  o zaman Səməd kişi ən azından ağzını marçıldatmazdı. Xanəndə keçmişdi ikinci qəzələ:
 
 
Sordum ol limuyi-püstandan niyə pəjmürdəsən
Səngdillərdən şikayət etdi kim, əllənmişəm.
 
 
Baba gözlərini yumub getmişdi huşa. Nənə əlindəki dəsmalla göz yaşlarının islatdığı yerləri qurulayırdı. Nəvə telefonu üçün darıxırdı.
 
Bu beytdə şair, qadının limon şəklində olan məməsiylə əhvalpürsanlıq edib. Və möcüzə baş verib: limondan seçilməyən məməş dilə gəlib şikayət edib ki, daşürəklilər dünən gecə məni möhkəm əlləyiblər. Bir məmənin başına gələnlər bu qədər ürəkyandırıcı haldırsa, arzuladığın qədər huşa get, Səməd kişi. Ağlayıb ürəyini boşalt, Sona xala!
 
Otaqda kamança səsi tar səsini dabanbasma təqib etməkdəydi. Xanəndə tarzənin işarəsilə başladı zilə qalxmağa. Zirvədə bir-iki dəfə səntirləsə də əlindəki dəflə müvazinətini saxlaya bildi:
 
 
Keçmək xətadı bəççeyi-sağərfiruşdən
Fitva varımdı əldə bu məbhəsdə pirdən.
 
 
Qırmızıyanaq xanəndə bəlkə özü də bilmirdi oxuduğu sözlərin mənasını. Səməd kişi heç bilmirdi. Bilsəydi nəvəsini qovardı otaqdan. Arvada çımxırardı. Bilsəydi ki, qulağa xoş gələn qəzəldə şair pedofilliyə haqq qazandırır, bundan sonra arvad-uşağı buraxılış vərəqəsi ilə buraxardı televizorun həndəvərinə. Xanəndə son zənguləni də vurub dəstgahı tamamladı.
 
Ekranda artıq heyvanlar aləmindən sənədli film gedirdi...(kulis.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar