Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uzaq kənddəki son zəng həyəcanı - Fotolar


Bu gün ölkəmizin bütün məktəblərində son zəng çalınır


Son zəngin sədaları altında yüzlərlə məzun qəlbində min arzularla müstəqil həyata atılır. Azərbaycanın hər bir bölgəsində bu gün xüsusi sevinclə , coşğuyla  qeyd olunur.  

Son zəngin sədası Göyçay şəhər Alpoud kəndinə apardı məni. İllər öncə valideynlərimin bitirdiyi məktəbdə son zəng mərasimində iştirak etmək çox xoş duyğu idi doğrusu.

Məktəbin həyətində həyəcanla vargəl edən məzunlar, onları təbrik edəcək birincilər, valideynlər, məzunları təbrik etməyə gələn tanışlar gözəl abu-hava yaratmışdı. İlk olaraq məktəbin direktoru Hüseynağa Abbasov məktəb haqda bizi məlumatlandırdı. Hüseynağa müəllim qeyd etdi ki, məktəb 1927 cildən fəaliyyət göstərir. Təhsil ocağı məktəbin şagirdi olmuş Qarabağ döyüşlərində qəhramanlıqla vuruşaraq şəhid olmuş Xosrov Cəfərovun adını daşıyır. Hal-hazırdakı tədris binası 1989-cu ildə inşa olunub,  2003-cü ildə Yaponiya səfirliyi tərəfindən təmir edilib.



Məktəbdə 38 nəfər müəllim heyəti çalışır, bu il məktəbdən 27 şagird məzun olub. Son 5 ildə məktəb ali məktəbə qəbul üzrə yüksək nəticələr əldə edib. Məktəbin 2 şagirdi rayon üzrə ən yüksək nəticə gösrərərək  649 və 629 balla ali məktəblərə qəbul olub. Hal-hazırda məktəbin məzunları arasında Türkiyənin tanınmış universitetlərində təhsil alanlar var.

Məzunlar mərasimə xüsusi proqramla hazırlaşaraq biz tədbir iştirakçılarına gözəl və pozitiv bir gün bəxş etdilər. Məzunların gələcək həyatlarıyla bağlı arzularını öz dillərindək eşitdik.

Elşad Mikayılov: Bütün məzunları, o cümlədən sinifyoldşlarımı təbrik edirəm. Bütün müəllimlərimizə sinif yoldaşlarım adından təşəkkür edirəm. Hamımızın yolu açıq olsun.






Elanə Ağayeva:  Bütün təbriklərə qoşuluram. Uşaqlıq illərini geridə qoyduq, gələcəkdə bütün sınaqlardan üzüağ- alnıaçıq çıxaraq valideynlərimiz və müəllimlərimizin etimadını doğrultmağı arzu edirəm. 



Məzunların timsalında bu il məzun olan bütün məzunları təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq.

Gülyanaq İsmayılqızı
pia.az




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar