Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

VİP sədri iki sədrə müraciət etdi


VİP sədri Əli Əliyevin müraciəti redaksiyamıza daxili olub.


Musavat.com onu təqdim edir:

"Siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı yaranmış mətbuat savaşı gündəmi zəbt edib. Tansion anbaan yüksəlir. Mənə elə gəlir ki, bu gün darda olan mübarizə yoldaşlarımızın müdafiəsi arxa plana keçməklə yanaşı, onların ictimai müdafiəsinin təşkilində psixoloji olaraq, ovqat dəyişir. 

Bu söz savaşında dueli dayandırmaq lazımdır. Ortada siyasi mühiti yıprandıran həbslər dalğası və hakimiyyətin hamımıza qarşı təşkil etdiyi plan var. Belə olduğu təqdirdə kimin hansı təşkilat daxilində hüquq müdafiəsi ilə məşğul olacağı önəmli deyil. Daha vacibi hakimiyyətin özbaşınalığına etiraz edilsin və zindanda olanlar bizlərdən haqlı olaraq umduqlarını- dəstəyi duysunlar. İllərlə qalanmış qarşılıqlı incikliklərin aydınlaşdırılması zamanı deyil, bəylər.

Bizim VİP olaraq təmsil olunduğumuz Mərkəz, mətbuatda Musavat başqanının təşəbbüsü ilə formalaşan qurum kimi təqdim edilir. Nə önəmi var? Kim bu işlərdən PR aksiya qurur, bizə nə. Dəvət edilmişik, həbsə atılanların müdafiəsini lazım bilmişik, iştirak edirik. Bu siyasi format deyil, hüquq müdafiəsi mərkəzidir. Orada Musavat və digərləri ilə birlikdə olmağımızın səbəbi ortada olan ümumi problemdir. 

Biz başqalarından fərqli olaraq, dəniz suyunun şorluğunu bilmək üçün heç bir testə lüzum görmürük. 6-cı ildə Musavatın Parlamentdə iştirak qərarından sonra, oradakı kardinal dəyişikliyə qədər, onlarla hər hansı bir siyasi formatda olmağımız çətin görünür

. Buna baxmayaraq, ümumi maraqlara cavab verən problemlərin həlli üçün qarşılıqlı öhdəliyi nəzərdə tutmayan əməkdaşlığı mümkün görürük.

Vaxtilə mən bu baxışlarımı bir qurumda təmsil olunduğum tərəf müqabillərimə də demişdim. Lakin eşidilmədim. Sonra AXCP-Musavat bloku, İctimai Palata, Milli Şura kimi qurumlara şahidlik etdik, oradan istefaları gördük və bu günkü münasibətləri izləyirik. Ortada böyük zaman itkisi. Məsələyə yeni gərginlik çaları qatmamaq üçün detallara varmağı lazım bilmirəm.

Bu baxımdan AXCP rəhbərliyini başa düşürəm. Müəyyən mənada onların Musavat təşəbbüsü kimi təqdim edilən komitədən məsafə saxlamağı başa düşüləndir. Onların hüququdur yerlərini seçməkləri. AXCP bu gün siyasi təşkilatlar içində İslam partiyasından sonra ən çox sıxılan təşkilatdır. Onların bu durumuna hörmətlə yanaşılmalıdır. Mübarizə apardıqları göz önündədir. Bizlərdən heç kəsi zorla onlarla da bir təşkilatda olmağa məcbur edən yoxdur. Aramızda olan umu küsüləri də qabartmaq vaxtı deyil.

Fikrimcə, siyasi məhbus probleminin həllində mövcud 2 qurumun rəqabətini deyil, koordinativ fəaliyyətin yaratmalıyıq. Bu baxımdan Cəmil Həsənli ilə Mirmahmud bəy bu işin öhdəsindən gələ bilərlər. Hər ikisi ictimai etimada sahibdirlər. Təşkilatları da onları mandatdan məhrum etməz. 

Bu gün həbsdə olanlarımızı müdafiə bizim birinci dərəcəli vəzifəmizdir. Müraciətim vasitəsilə hər iki Sədrdən xahiş edirəm ki, lazım olan prosedurları gözləməklə, mətbuat vasitəsilə ortaya çıxmış ovqatı dəyişmək üçün təşəbbüs göstərsinlər. Söz savaşı mətbuatda dayandırılmalıdır. Hal hazırdakı durumumuz düşərgədaxili problemlərin çözülməsi üçün şəraitin münasibliyini ehtiva etmir. Dostlarımızın müdafiəsi daha önəmli olduğundan, bütün resurslar onların marağına yönəldilməlidir".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar