Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Əliyevin aptek müdiri olan əmisi oğlu Müdafiə Nazirliyndə vəzifəyə gətirildi


Prezidentin Müdafiə Məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Müdafiə Nazirliyini tam nəzarətinə keçirib


Öz əmisi oğlunu ən “strateji” yerə gətirən general digər qohumlarını da Silahlı Qüvvələrdə vəzifəyə gətirib.
 
Müdafiə Nazirliyində aparılan kortəbii kadr dəyişiklikləri ilə bağlı bir neçə gün əvvəl məlumat vermişdik. Məlumatda bildirilirdi ki, Müdafiə Nazirliyindəki strateji vəzifələrə öz adamlarını yerləşdirmək məsələsində Prezidentin Müdafiə Məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev birinci yeri tutur və o, ağına-bozuna baxmayaraq öz adamlarını vəzifələrə əsas fiqura çevrilib.

PİA.AZ-a yeni daxil olan məlumatda isə bildirilir ki, yeni vəzifəyə təyin etdirdiyi adamların əksəriyyəti nə peşəkarlıqlarına, nə də qəbul edilmiş əsasnaməyə görə bu vəzifəyə layiq deyillər. Əldə etdiyimiz son məlumata görə Vahid Əliyev Müdafiə Nazirliyindəki daha bir təyinatla yenə də bütün Silahlı Qüvvələri təəccübləndirib. Belə ki, Müdafiə Nazirliyinin bütün alqı-satqı, ərzaq və təminat idarələri birləşdirilərək bir əldə cəmləşdirilir  və bununla da ərzaq xidməti, əşya xidməti, tender komissiyası və başqa bu kimi milyardların xərcləndiyi strateji qurumlar ləğv edilərək əvəzində Təchizat İdarəsi yaradılıb. 

Verilən məlumata görə artıq Vahid Əliyevin əmisi oğlu İlham Əliyev bu idarəyə rəis müavini təyin edilib. Mənbəninin bildirdiyinə görə isə, ən dəhşətlisi odur ki, İlham Əliyev mülkidən çağırılıb və ona heç bir rütbəsi olmadığı halda birdən-birə mayor rütbəsi verilib. Yeni vəzifə alan  Prezidentin Müdafiə Məsələləri üzrə köməkçisinin əmisi oğlu İlham Əliyev mülki həyatda sadəcə aptek müdiri olub.

Mənbə bildirir ki, daha bir müdhiş fakt isə odur ki, yeni yaradılan Təchizat İdarəsinə rəis də mülkidən 55 yaşlı bir şəxs gətirilib. Bildirilir ki, bu şəxs “Meşəbəyi” restoranlar şəbəkəsinin və "Ovçular ət və ət məhsulları" MMC-nin sahibi Ə.İsgəndərov mülkidən çağrılaraq birbaşa idarə rəisi vəzifəsinə təyin olunub. 

Mənbə bildirir ki, Azərbaycandan əlavə Ukraynada zavod və fabrikləri olan bu iş adamının sözügedən vəzifəyə qoyulması nəinki nizamnaməyə ziddir, birbaşa qanunları çeynəməkdir. Əvvəla ona görə ki, bu adam hərbiçi deyil. Digər tərəfdən ehtiyatdan çağırış 48 yaşa qədərdir. Bu adamın işə 55 yaşı var. Orduda isə polkovniklərin istefaya göndərilməsi üçün son yaş həddi 53-dür.

Məlumatda həmçinin bildirilir ki, Prezidentin Müdafiə Məsələləri üzrə köməkçisi Vahid Əliyev qohum-əqrabasını təkcə Müdafiə Nazirliyinə yerləşdirməklə kifayətlənməyib. Onun qohumları Silahlı Qüvvələr və digər silahlı birləşmələrdə də yüksək vəzifələr tuturlar. Nümunə olaraq mənbə göstərir ki, Daxili Qoşunlar komandanının müavini general-mayor Əliyev Vidadi Əli oğlu Vahid Əliyevin qardaşıdır. Vahid Əliyevin bacısı tibb xidməti polkovniki Əliyeva Zərifə Əli qızı isə Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyasının sədridir. 

Xatırladaq ki, bir neçə gün öncə Vahid Əliyevin Müdafiə Nazirliyinin ən strateji vəzifələrinə təyin etdirdiyi kadrların siyahısını vermişdik. Həmin kadrlar isə bunlar idi. 

- Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ramiz Tahirov. Ramiz Tahirov bu vəzifəyə təyin edilməmişdən əvvəl Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyevin müavini idi. 

- Hərbi Nəşriyyatın rəisi polkovnik-leytenant Füzuli Abbaşov. Hansı ki, Füzuli Abaşov Hərbi Nəşriyyata təyin edilməmişdən bir neçə gün əvvəl həmin vəzifəyə polkovnik-leytenant Rəşad Abuzərov təyin edilmişdi və Vahid Əliyev onun əmrini ləğv etdirərək öz kadrı Füzuli Abaşovu ora təyin etdirib. Füzuli Abaşov vaxtı ilə hərbi məktəbdə Vahid Əliyevlə birgə oxuyub və onların yaxın münasibətləri var. 

- Kəşfiyyat İdarəsinin rəisi polkovnik İlqar Mazanov. Bu adam vəzifəyə gətirilməmişdən əvvəl özəl banklardan birində mühafizə xidmətinin rəisi olub. Bu azmış kimi İlqar Mazanovun müavini də kənardan gətirilib və onun da orduya adiyyatı yoxdur. Sadəcə olaraq bu adam Vahid Əliyevin yerlisidir.

- Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini Hikmət Xalıqov. Bu şəxs vaxtı ilə Biləcəri Toplanış məntəqəsində işləyirdi və hamıya bəlli olduğuğu kimi rüşvətə görə mədəni sürətdə işdən kənarlaşdırılmışdı. Məlumatlara görə Təşkilat Səfərbərlik İdarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov məzuniyyətdən qayıdan kimi istefaya göndəriləcək və Hikmət Xalıqov rəis vəzifəsinin icrasına buraxılacaq. Hikmət Xalıqov Vahid Əliyevin dostudur.

- Hikmət Xalıqovun qardaşı Tahir Xalıqov isə İşlər İdarəsinin rəisi vəzifəsinə gətirilir. İşlər İdarəsinin rəisi polkovnik Baxış Ələkbərov məzuniyyətdə olduğundan hələlik bu təyinatı rəsmiləşdirə bilmirlər. Amma məzuniyyət bitən kimi əmr veriləcək.

- Silahlı Qüvvələrin İnspeksiyasının rəisi polkovnik Fəxrəddin Cəbrayılov. Bu şəxsin də Vahid Əliyevin kadrı olduğu bildirilir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…


Ülviyə  Bəylər
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar