Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov Naxçıvan ziyalılarına xüsusi tapşırıqlar verdi


Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib


Müşavirədə Ali Məclisin sədri yanında Bilik Fondunun və Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının fəaliyyətinin təşkili müzakirə olunub.

Ali Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, sədr Vasif Talıbov müşavirədə çıxış edərək deyib: “23 avqust 2014-cü il fərmanı ilə elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika mükafatları təsis edilib, Mükafat Komissiyası yaradılıb. Sentyabrın 4-də isə Ali Məclisin sədri yanında Bilik Fondu təsis edilib. Mükafat Komissiyasının yaradılmasının məqsədi Naxçıvan Muxtar Respublikasında ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etməkdən, Bilik Fondunun yaradılmasında isə məqsəd muxtar respublika əhalisini maarifləndirmək, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaqdan, Naxçıvanşünaslığın öyrənilməsindən, milli-mənəvi və dini dəyərlərin təbliğindən ibarətdir”.

Qeyd olunub ki, Bilik Fondu dövlət və yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərməli, ehtiyac yarandıqda müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etməlidir. Fond təbliğat xarakterli materialların çap olunmasına, kitabların, analitik materialların hazırlanmasına və yayılmasına, eləcə də müvafiq tələblərə cavab verən əsərlərin Mükafat Komissiyasına təqdim olunmasına məsuldur.

Elmi əsərlərin qiymətləndirilməsi və yaradıcı ziyalıların fəaliyyətinin stimullaşdırılması baxımından Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının da üzərinə mühüm vəzifələr düşdüyünü bildirən Ali Məclisin sədri deyib: “Komissiya ilkin olaraq zəruri təşkilati işlər görməli, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələri üzrə ən dəyərli əsər, yaxud layihələrin seçilməsinə ciddi yanaşmalı və tələbkar olmalıdır. Diqqət yetirmək lazımdır ki, mükafata təqdim edilən əsərlər elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlər olsun. Onlar fundamental və tətbiqi elmi araşdırmaların nəticələrini özündə əks etdirməlidir.

Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, dövlət idarə və təşkilatları, ali təhsil müəssisələri mükafat üçün təqdim edilən əsəri ciddi müzakirə etməlidirlər. Fundamental və tətbiqi elmlərə aid əsərlər ali məktəblərin elmi şuralarında, bədii əsərlər isə yaradıcılıq birliklərində müzakirə edildikdən sonra Komissiyaya təqdim olunmalıdır. Ali təhsil müəssisələri bu sahəyə ciddi yanaşmalı, elmi işlərin hazırlanmasına diqqəti artırmalıdır. Bəzi hallarda ali məktəblərin elmi şuraları ciddi müzakirə aparmadan əsərlərin çap olunmasına razılıq verirlər. Bu sahədəki nöqsanlar aradan qaldırılmalı, elmi əsərlərin yazılmasına tələbkarlıq artırılmalıdır”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar