Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov komitə sədrini işdən çıxartdı


Naxçıvanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Malik Rzayev vəzifəsindən kənarlaşdırılıb; komitə rəhbərinin adı rüsvayçı olayda hallanırdı, kabinetində döyüldüyü deyilirdi


Naxçıvanda bir neçə ay əvvəl qısqanclıq zəminində kabinetində döyülən nazir işdən çıxarılıb. Belə ki, MR Ali Məclisinin sədri Vasif Talıbov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Malik Rzayevin vəzifəsindən azad olunması haqda sərəncam verib. Bu haqda AzPolitika.info-ya Naxçıvandakı özəl mənbələrdən məlumat daxil olub.

Malik Rzayev bir neçə ay əvvəl Naxçıvanda görünməmiş bir rəzalətlə üzləşmişdi. O, öz işçisi tərəfindən kabinetində döyülmüş, daha sonra günahı qarşı tərəfin üzərinə ataraq özünü təmizə çıxarmağa cəhd etmişdi. Bu barədə AzPolitika.info-da məlumat dərc olunduqdan sonra M.Rzayev ifşa olunaraq məqsədinə çata bilməmişdi.

Sayt qeyd edir ki, hadisənin təfərrüatı rüsvayçı olduğundan o vaxt yaza bilməmişdik. Lakin artıq onun vəzifəsindən çıxarılması ilə bu məlumatlar rəsmən öz təsdiqini tapmış kimi göründüyündən qısaca deyə bilərik ki, Malik Rzayev Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xanım işçisi ilə birlikdə öz kabinetində basılmışdı. 
Basqınçı isə xanım işçinin yenə də adıçəkilən komitənin əməkdaşı olan həyat yoldaşı olmuşdu. Hadisədən dərhal sonra hər iki tərəf polisə şikayət etmişdi. Deyilənə görə, Malik Rzayev öz ifadəsində xanım işçisinə “yazı yazdırarkən” qısqanclıq zəminində hücuma məruz qaldığını bildirmişdi. Onun bu ifadəsini komitənin digər işçiləri də təsdiqləmişdilər. 
Qarşı tərəf isə öz şikayətini ittihamlar üzərində qurmuşdu. Lakin polisdə aparılan araşdırma xeyli uzandı. Bir müddət camaat arasına çıxmayan Malik Rzayev də öz işinin başında qaldı. Hətta bir ara məlumatlar da gəlməyə başladı ki, namusuna sataşıldığı üçün komitə sədrini döyən şəxsi dəlixanaya salıblar...

Məlumatda bildirilirdi ki, hadisənin baş verdiyi günlərdə MR Ali Məclisinin sədri Vasif Talıbov xaricdə olub. 

“Hamı MR rəhbərinin Malik Rzayevlə bağlı nə qərar verəcəyini maraqla gözləyir. Çünki belə məsələlərə onun münasibəti sərt olur”, deyə mənbə bildirmişdi. Lakin Vasif Talıbov Naxçıvana qayıtsa da, gözlənilən qərar verilməmişdi. Görünür, Ali Məclis sədri daha dərin araşdırmaların bitməsini gözləyib...

Onu da qeyd edək ki, öz kabinetində basılmış komitə sədrinin fərari olduğu, vaxtilə hərbi xidmətdən yayınmaq üçün o vaxtkı pulla 300 min manat pul verdiyi də AzPolitika.info-ya daxil olan məlumatlar sırasında idi. Hərbi xidmət keçməmiş bir şəxsin yüksək vəzifə tutması isə “Dövlət qulluğu haqqında” Qanuna ziddir.

“Yeni Müsavat” Naxçıvandakı özəl qaynaqlardan bu xəbəri araşdırıb. Yerli mənbələr məlumatı təsdiqləyib. Həqiqətən də M.Rzayev vəzifəsindən kənarlaşdırılıb. Mənbə qeyd edir ki, bununla bağlı hər hansı rəsmi açıqlama olmayıb. Komitədən Naxçıvandakı sərəncamla bağlı rəsmi rəy öyrənmək istəsək də, nə mətbuat xidmətindən, nə də qurumun özündən bir mövqe ala bildik.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar