Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov müşavirə keçirdi

Sentyabrın 15-də Naxçıvan Ali Məclisində muxtar respublikada əkinə yararlı torpaqların istifadə vəziyyəti ilə bağlı müşavirə keçirilib


Ali Məclisin sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib:

“Naxçıvan Muxtar Respublikası 5,5 min kvadrat kilometr və ya 550 min 275 hektar əraziyə malikdir. Bunun 164 min 276 hektarı və ya 29,9 faizi kənd təsərrüfatı üçün yararlı, 367 min 209 hektarı və ya 66,7 faizi kənd təsərrüfatı üçün yararsız, 18 min 790 hektarı və ya 3,4 faizi həyətyanı torpaq sahələri, meşə və kolluqlardan ibarətdir. Kənd təsərrüfatına yararlı torpaqların 51 min 633 hektarını əkin sahələri, 1007 hektarını dincə qoyulmuş torpaqlar, 1353 hektarını üzüm və meyvə bağları, 110 min 283 hektarını isə biçənək və örüşlər təşkil edir. Həyətyanı torpaq sahələrinin 1529 hektarı tikinti altında, 12 min 933 hektarı əkin altında olan torpaqlardan ibarətdir”.

Vasif Talıbov əlavə edib ki, eroziyaya uğramış, şoranlaşmış torpaqlar müəyyən edilərək xəritələşdirilib: “Muxtar respublika üzrə şoranlaşmaqda olan əkin sahələri 1698 hektar, qrunt sularının üzə çıxması nəticəsində çəmənləşən əkin sahələri 5635 hektar, şoranlaşan örüş sahələri isə 2434 hektardır. Şoranlaşmaqda olan əkin sahəsinin 806 hektarı Sədərək, 187 hektarı Şərur, 124 hektarı Kəngərli, 66 hektarı Culfa, 94 hektarı Babək rayonlarının, 421 hektarı isə Naxçıvan şəhərinin ərazisindədir. Çəmənləşən əkin sahəsinin 112 hektarı Sədərək, 3073 hektarı Şərur, 1117 hektarı Kəngərli, 572 hektarı Culfa, 34 hektarı Ordubad, 690 hektarı Babək rayonlarının, 37 hektarı isə Naxçıvan şəhərinin payına düşür. Şoranlaşmış örüş sahəsinin 2301 hektarı Sədərək, 133 hektarı isə Şərur rayonlarının ərazisindədir.

Qeyd olunan nöqsanların aradan qaldırılması üçün fəaliyyət daha da gücləndirilməli, torpaq fondundan səmərəli istifadə olunmalıdır. Muxtar respublikada əkinəyararlı torpaq sahələrinin məhdud olması onlardan səmərəli istifadənin vacibliyini ön plana çəkir. Ona görə də Nazirlər Kabineti torpaq balansına uyğun olaraq torpaqlardan təyinatı üzrə istifadəyə nəzarəti artırmalıdır. Bəzi hallarda kənd təsərrüfatına yararlı torpaqlar icarəyə verilir, digər məqsədlər üçün istifadə olunaraq yararsız hala düşür. Yerli icra hakimiyyətləri əkinəyararlı torpaq sahələrindən digər məqsədlər üçün istifadəni aradan qaldırmalı, müəssisələrin, inzibati binaların, sosial təyinatlı obyektlərin tikintisinin əkin üçün yararlı olmayan ərazilərdə aparılması təmin edilməlidir.

Kənd Təsərrüfatı Nazirliyi Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə kənd təsərrüfatına yararlı torpaqların kateqoriyalar üzrə səmərəli istifadə istiqamətlərini müəyyən etməli, perspektiv inkişaf üçün nəzərdə tutulmuş əvəzləşdirilməsi mümkün olan əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması üçün müvafiq tədbirlər görməlidir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi eroziya və şoranlaşmaya məruz qalmış torpaq sahələrinin dəqiqləşdirilməsi və xəritələşdirilməsi işini davam etdirməli, əkinəyararlı torpaqlardan istifadə və mövcud vəziyyət barədə rübdə bir dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif tikinti və sənaye tullantılarının əkin üçün yararlı torpaq sahələrinə atılması, torpağın münbit qatının tikinti məqsədləri üçün istifadə edilməsi hallarına qarşı təsirli tədbirlər görməli, torpaqların çirkləndirilməsinin qarşısı alınmalıdır”.

Ali Məclisin sədri Kənd Təsərrüfatı Nazirliyinə Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi, yerli icra hakimiyyəti orqanları ilə birlikdə su ehtiyatlarından səmərəli istifadəni təmin etməyi də tapşırıb.(azertac)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar