Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəfa Quluzadədən təhlükə anonsu


"Soçi görüşü bitməyib, hələ bunun davamı olacaq”


Bunu hafta.az-a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O bildirib ki, Putinin əsas məqsədi Qafqazda müharibə başlatmaqdır: “Putin bu dəqiqə çıxılmaz vəziyyətdədir. O, Ukraynada məğlubiyyətlə üzbəüzdür. Buna görə də Rusiya Qafqazda genişmiqyaslı müharibə başlatmaq istəyir. Bununla Putin istəyir ki, Qərbin bütün diqqətini Cənubi Qafqazın üzərinə salsın. Nəticədə isə onların məqsədi Qərbi özlərinə yalvartmaqdır ki, Qafqazda başlanılan müharibəni sona çatdırsınlar. Bu baş tutarsa, regionda "bazarlıq" yaranacaq. Putin də Qərbdən tələb edəcəkdir ki, Ukraynadan tamamilə əl çəksin”.

Politoloq bidirib ki, Rusiya Azərbaycanı öz məqsədləri üçün müharibəyə sürükləməyə çalışır: “Son günlər Jirinoviski və digər rusiyalı politoloqların Azərbaycanın istədiklərini söyləməsi heç də təsadüfi deyil. Onlar belə təsəvvür yaratmaq istəyirlər ki, guya Moskvanın bütün partiyaları Azərbaycanın tərəfindədir. Göründüyü kimi, son günlər rusiyalı ekspertlər həm də fikirlər səsləndirirlər ki, Azərbaycan torpaqlarını indi azad edə bilərsə, edəcək. Yoxsa başqa zaman bu Azərbaycan üçün çətin olacaq.

Əslində isə onlar Azərbaycanı aldatmağa çalışırlar. Rusiya düşünür ki, rəsmi Bakı bu fikirlərə inanaraq, Ermənistan üzərinə hücuma keçəcək. Sonra isə Putin dünyaya bildirəcək ki, Azərbaycan tərəfi təcavüzkar dövlətdir. Yəni biz bu cür dəhşətli təhlükənin qarşısındayıq. Bütün bunları nəzərə almaq lazımdır. Hesab edirəm ki, bundan sonra yenidən Putin prezidentlərin görüşünü təşkil edəcək”.

Qeyd edək ki, AzərbaycanErmənistan prezidentləri 10 avqust tarixində Rusiya prezidenti Putinin dəvəti ilə Soçidə görüşüblər.

Və artıq növbəti görüş ehtimalları barədə fikirlər səslənməkdədir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar