Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəhhabilərin Azərbaycandakı biznes şəbəkəsi - Foto


Son aylarda Azərbaycanda ayrı-ayrı dini təriqətlərin və marjinal dini qrupların güclənməsi ilə bağlı bir sıra məlumatlar yayılıb

 
Azərbaycanlıların  Suriyadan, İraqdan ölüm xəbərlərinin gəlməsi ilə həmin ölkələrdə döyüşməyə gedən həmyerlilərimizin ümumi sayını təsəvvür etmək mümkündür. Hesablamalara görə, 300-dən çox azərbaycanlı həmin ölkələrə döyüşməyə gedib. Azərbaycanda mövcud olan və Səudiyyə Ərəbistanı təmayüllü olması ilə seçilən bu dini cərəyan nümayəndələri özlərini sələfi, xəvaric və s. adlara bölsə də, onların ümumi adı olan vəhhabilik daha çox  işləkdir.
 
Vəhhabilərin Azərbaycandakı biznes şəbəkəsinə nələr daxildir?
 
Vəhhabilərin hazırda ölkə xaricindən maliyyələşməsi ilə bağlı iddialar səslənsə də, bunları sübut edəcək fakt yoxdur. Ancaq bu dəqiqdir ki, adı çəkilən cərəyanın ölkəmizdə ciddi biznes şəbəkəsi var. 8-ci km qəsəbəsindəki avtomobil servislərinin və xırda obyektlərin bir çoxunun məhz vəhhabilərə məxsus olması çoxlarına məlumdur.
 
İtaliyanın məşhur oboy şirkəti olan “Zambaiti”nin də bu cərəyana məxsus olması onların ölkəmizdəki iqtisadi gücünü artırır. Təsadüfi deyil ki, özlərinə sələfi deyən bu dini kəsimin içərisində normal imkanı olan şəxslər “Zambaiti”dən alış-veriş edir. Adlıçəkilən şirkət İtaliya brendi olsa da, onun məhsullarının Avropadan deyil, məhz Dubay şəhərindən gətirilməsi də məsələnin agah olmasına yardım edir.
 
Vəhhabilərin ölkəmizdəki biznes şəbəkəsi içərisində özünəməxsus yer tutan obyektlərin ən çoxu Binə və Sədərək Ticarət Mərkəzlərində yerləşir.
 
Orta və ortadan bir qədər yüksək biznes obyektlərinin olduğu bu ticarət mərkəzlərində vəhhabilər ticarət mərkəzi daxilində də şəbəkə yaradıblar.
 
Bir vəhhabi böyük ayaqqabı dükanı işlədirsə, onun yanına kostyum almağa gələn müştərini “qardaşların” dükanına göndərmək bir qayda halını alıb. Araşdırmalarımıza görə, adıçəkilən ticarət mərkəzlərində 400-dən çox obyekt vəhhabilərə məxsusdur və onların hər birinin orta aylıq gəliri 2500-3000 manatdan yüksəkdir.
 
Araşdırmalarımız davam edəcək. 





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar