Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəkillə “Azadlıq” qəzeti arasında qalmaqal


Vəkil Elçin Sadıqov “Azadlıq” qəzetində Azadə ləqəbli şəxs tərəfindən onun barəsində yazılan yazıya etirazını bildirib


Vəkil sosial şəbəkə fikirlərini paylaşıb və qeyd edib ki, həmin yazıda nalayiq formada təhqir olunub: 

“Bunu hər kəsdən gözləsəm də, Azadlıq Qəzeti"indən heç gözləməzdim. Ən çox mən "Azadlıq" qəzetinin yanında olmuşam qəzetin, jurnalistlərinin hüquqlarını qorumuşam, buna görə dəfələrlə təqib və təyziqə məruz qalmışam. Və bütün bu işləri təmannasız etmişəm. Bu gün də həmin qəzetin hüquqlarını Yüksək Məhkəmədə qoruyuram. Ən azı ümid edirəm ki, "Azadə" adlı ləqəbin mənim barəmdə yazdığı təhqiredici ifadələr "Azadlıq" qəzetinin mövqeyini əks etdirmir. Mənim "Azadlıq" qəzetinə, onun rəhbərliyinə və kollektivinə böyük hörmətim var.

Mən həmin məqalədə barəmdə işlədilən bütün nəlayiq təhqirləri həmin yazını yazan şəxsin şəxsən özünə, nəslinə, nəcabətinə aid edirəm. Cəsarəti varsa çıxsın üzə mən bunu ona sübut edim.

Sol qolum sarğıda olduğundan qarayaxmalara cavabım biraz gecikir və yaxın günlərdə cavab hüququmdan istifadə edəcəm”.

Qeyd edək ki, həmin yazıda qeyd olunurdu ki, Elçin vəkil illərdir hakimiyyətin siyasi təzyiqləri ilə üzləşən jurnalistləri müdafiə edir (pullu müdafiə) və utanmadan prezidenti dəstəklədiyini deyir: “Elçin Sadıqov barədə “Aftafanın dəstəyi” adlı yazı yazmışdım, amma çapa vermədim. Özümdən utandım. Elçin vəkil isə illərdir hakimiyyətin siyasi təzyiqləri ilə üzləşən jurnalistləri müdafiə edir (pullu müdafiə) və utanmadan prezidenti dəstəklədiyini deyir. Deməli, o, illər boyu pul, tanınmaq, şöhrət, sərvət xatirinə “prezidentinə” xəyanət edib. Prezident “düşmənlərini” türməyə saldırır”.(qafqazinfo)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar