Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergi oyunları


“Qoyunlardan necə zəhləm getdiyini yaxşı xatırlayıram, tamamilə kütbeyin olduqlarına görə“


"Mən görürdüm onlar necə, elə hey yeyir, yeyirdilər, itlər necə bütöv bir sürünü idarə edirdilər. Qoyunları qovurdum, onların qaçış tərzi, özlərini axmaq, dolaşıq vəziyyətlərə salması məni güldürürdü"

(Yen Benks, “Eşşəkarısı fabriki”)
***
Birinci Avropa Oyunlarının ölkəmizin ictimai-siyasi həyatına təsiri böyükdür. Yarış rəsmi şəkildə 4-5 gün qabaq bitsə də, hələ onun dalğaları ərazidə dolaşmaqdadır. Medallar, təltiflər, cürbəcür hədiyyələr davam edir. Gələn ayın 12-də yarışın 1 aylığı münasibətiylə bulvarda böyük atəşfəşanlıq olacaqdır. O biri ay isə yarışların 1 aylığının 1 ayının tamam olması təntənəli şəkildə qeyd ediləcəkdir. Gələn il iyunun 12-də isə yarışların ili çıxacaq, ən çox tədbir o zaman olacaqdır. Bəlkə əhaliyə pulsuz peraşki də verildi. O cümlədən, kreditlərin bağışlanması haqda xəbərlərin ildönümü mərasimi keçiriləcəkdir. İyunun 12-dən 27-nə qədər - yarışlar müddətində stadionlara yaxın ərazilərdə ölənlər hökumətin, cənab prezidentin müvafiq sərəncamları ilə dirildiləcəkdir. Kimin ölüsü düşübsə gəlib qeydiyyatdan keçsin. 

Bakı Dövlət Universitetində (BDU) srağagün könüllü tələbələrlə görüş olmuşdur. Sən demə yarışlara tək BDU-dan 3 min nəfər könüllü tələbə göndərilmişdir. İndi anladınızmı stadionları kiminlə doldururdular? Mariya Dorogan medal alanda fıştırıq çalan, hoppanan gənclər BDU hüquq fakültəsinin gələcək prokurorları idilər. Bunları gələcəkdə hara istəsən buyurmaq olar. BDU rektoru Abel müəllim könüllülərə təşəkkürünü bildirəndən sonra görüşün əsas məqsədini açıqlamışdır. Sitat: “Sessiya imtahanlarından danışan rektor imtahanların universitetdə bir qayda olaraq yazılı keçirildiyini, lakin könüllülər üçün qaydalarda dəyişiklik edildiyini bildirib, şifahi qaydada olacağını diqqətə çatdırıb”. 

Məncə bu çox kiçik minnətdarlıqdır, diplomu verib yola salmaq da olardı. Bizdə elmə, təhsilə bax belə yüksək diqqət vardır. Ümidvaram təzə təhsil naziri Mikayıl müəllim asudə vaxt tapanda könüllülərin şifahi imtahanla yola verilməsinə öz kəskin münasibətini bildirəcəkdir! Ayıb deyilmi? Diplom verin xalqın uşağına! Onların daha oxuması nəyə lazımdır? Hər şeyi bilirlər. 

Oyunların təşkilində göstərdikləri xidmətə görə bir neçə nazir medal və ordenlər almışdır, onların biri də vergilər naziri Fazil Məmmədov olmuşdur. Fazil müəllim vergi orqanlarını obyektləri soyub oyunları pulla, var-dövlət, qaş-daşla təmin eləməyə göndərdiyi üçün Şöhrət ordeni almışdır. Zarafat edirəm, bizim vergilər sistemində hələ indiyə qədər bir köpəyoğlu bir qəpik rüşvət almayıbdır. Fazil müəllim özü isə şəxsən maaşı ilə yaşayır, aydan-aya güclə keçir. Neçə dükanda adı nisyə dəftərindədir. Bəs Fazil müəllim niyə mükafat alıb? Vergilərin oyunlara nə dəxli? Yenə medalı təhsil nazirinə versələr (yuxarıdakı səbəb üzündən) anlayardıq. Üstəlik, Fazil müəllim velosiped idmanı federasiyamızın sədridir, Azərbaycan isə bu velosiped yarışlarında bir alüminium medal da qazanmayıb. 

Ancaq Fazil müəllim eyni zamanda deyəsən güləş federasiyasının da sədridir (vergilərə bu qədər federasiya tapşırmaq ölkəmizdəki şəffaflığın, antikorrupsiya şəraitinin əlamətidir, Artur müəllimin əziz baş nazirliyi haqqı), o sahədə isə yanılmıramsa dağıstanlı, iranlı, ukraynalı uşaqların hesabına bir zənbil medal almışıq. Belə çıxır Fazil müəllim velosipedə görə medala haqq eləməsə də güləşə görə haqq eləyir. İnşallah, gələn dəfə güləşçilər velosiped sürməyi öyrənib bu istiqamətdə bir neçə kisə medal alarlar, tədiyyə balansı sabitləşər. 

Mən bircə onu anlamadım ki, niyə xarici işlər naziri və mədəniyyət-turizm naziri medal almadılar. Elmar müəllimi başa düşdük, o, diplomatik örüşdən bir dana qaçırdığı üçün bu saat parter vəziyyətindədir, bəs Əbülfəs müəllimə niyə bir şey-şüy verilmədi? Bəs ölkəyə milyonlarla turist gəlmişdi axı? Camaat turist əlindən evindən çıxa bilmirdi. Mən özüm hər gün çörək almağa gedəndə turistləri yara-yara gedirdim. 

İndi söz əlaqədar medal verən təşkilatlarındır. 

Zamin HACI(musavat.com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar