Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergidən yayınanlara qarşı 1621 cinayət işi


Bu ilin 9 ayı ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 1621 sayda cinayət işi başlanıb


PİA.AZ-ın Vergilər Nazirliyinin saytına istinadən məlumatına görə, onlardan 305-i vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq (o cümlədən, 174-ü külli miqdarda gəlir əldə etməklə vergidən yayınma) faktları ilə bağlı səyyar vergi yoxlamalarının nəticələri, 1277-u vergi borcunun ödənilməməsi, 38-i operativ vergi nəzarəti tədbirlərinin (bunlardan 19 işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, 18 iş aksiz markası ilə markalanmamış məhsulların saxlanması faktı üzrə) nəticələri ilə bağlı vergi orqanlarından  daxil olmuş materiallar əsasında, 1-i isə qanunsuz sahibkarlıq faktı ilə bağlı digər hüquq-mühafizə orqanından daxil olmuş material üzrə başlanıb.

Bundan başqa, aparılan araşdırmalar zamanı  44 milyon 262, 8 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.

Qeyd edək ki, istintaqı tamamlanmış cinayət işlərindən isə 143 şəxs barəsində 115 iş ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

Departamentin İstintaq idarəsində 573 cinayət işi üzrə (2014-cü ilin eyni dövrü ilə müqayisədə 290 iş çox) ibtidai istintaq tamamlanıb, 44 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İcraatına xitam verilmiş 458 cinayət işindən 390-ı üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (72 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət işinə xitam verilməsi barədə qərarlar qəbul edilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 31 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 257 şəxsin məcburi qaydada gətirilməsi, 366 şəxsin tapılaraq istintaqa gəlmələri, 315 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin olunub .

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar