Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vergilər Nazirliyində silahlı insident təhlükəsi


Nazirliyin əsassız həbslərlə bağlı dəfələrlə gündəmə gələn Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində kadr təyinatı ilə bağlı ciddi qalmaqal yetişir


Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində (VCİAD) silahlı insident ola bilər. 

Redaksiyamıza daxil olan məlumatda deyilir ki, VCİAD-da son vaxtlar baş verən hadisələr orada çalışan hər kəsin əsəblərini tarıma çəkib.

Qaynağımız qeyd edir ki, aprelin 15-də VCİAD İstintaq İdarəsinin rəisi, polkovnik Şahin Rüstəmov çox hörmətsiz şəkildə təqaüdə göndərilib: “Departamentin rəisi Vidadi Məmmədov qocaman istintaqçı, 20 ildən çox istintaq orqanlarında rəhbər vəzifələrdə çalışmış Şahin Rüstəmovu növbəti məzuniyyət vaxtı təqaüdə göndərib. Vidadi Məmmədov Departamentin təməlini qoyan ağsaqqalı bir iclas edib hədiyyə verməklə hörmətli şəkildə yola salmadı. Şahin Rüstəmov 40 ildir ki, hüquq-mühafizə orqanlarında işləyirdi, peşəkar, savadlı idi”. 

Mənbə bildirir ki, Vidadi Məmmədov Şahin Rüstəmovun  yerinə 1986-cı ildə anadan olmuş, heç 1 il belə müstəntiq işləməyən, mayor rütbəsini nəyə görə vaxtından əvvəl aldığı bilinməyən Elmir Şirinovu hazırlayır: “Bu şəxs  olduqca orta səviyyəli hüquqşünas, əvvəllər Vergilər Nazirliyində Məmmədovla birlikdə işləmiş, sonradan VCİAD-da vəziyyətin daxildən öyrənilməsi üçün onun tərəfindən göndərilib. Elmir Şirinov VCİAD-da müstəntiq işləyib, 1 neçə aydan sonra Vidadi Məmmədov onu bölmə rəisi, sonra şöbə rəisi, az sonra isə idarə rəisinin müavini vəzifəsinə təyin etdirib. Onun yerinə isə yenə də Məmmədovun yaxını, qrup yoldaşı Tariyel Tağıyev gətirilib. Yəni Elmir Şirinov toparlayıb öz yanına yığdığı müstəntiqləri yenə rəisin favoriti olan Tariyel Tağıyevə təhvil verib. Tariyel və Vidadi Məmmədov hüquqşünas diplomlarını bir neçə il əvvəl alıblar”.

Qaynağın sözlərinə görə, hazırda Departamentin İstintaq İdarəsi 2 yerə bölünüb: “Bizimlə işləyən” və bizim olmayan müstəntiqlər var. Şirinovun dəstəsində Nəriman Məcidov, Zamiq Bağırov, Taleh Mənsimov və s.-dir. Lakin onlar heç də yalnız büdcəyə işləmirlər. Bu gün guya dövlət büdcəsini doldurmaq məqsədi ilə sabiq gömrük rəisi Tahir Əliyev demişkən “rüsum da, pul da yığırıq”. Amma yığılan məbləğlərin hansının özlərinə götürdükləri, hansının isə dövlətə ödənilən rüsum olduğunu kimsə bilmir. Hazırda hamı Vidadi Məmmədovu gözləyir. Rəsmi olaraq Qurban Mehrəliyev rəisi əvəz etsə də, müstəntiqlərə onun otağına getmək qadağan olunub".

Mənbəmiz bildirir ki, yaranmış vəziyyət hər an silahlı münaqişəyə çevrilə bilər: “Bu gün İstintaq İdarəsi rəisinin 3 müavini var və onlardan ikisi formaldır - Ruslan Səfər oğlu Əbiyev və Qurban Mehrəliyev. Əlbəttə ki, bütün iş yükünü öz çiyinlərində Elmir Şirinov vətənə böyük sevgi ilə daşıyır. E.Şirinovun polkovniklərə, polkovnik-leytenantlara rəis təyin etmək səlahiyyətində olması V.Məmmədovun Vergilər Nazirliyi üzərində böyük bir qələbəsidir. E.Şirinovla müstəntiqlərin  münasibətləri kəskindir, otağında daim qışqır-bağırdır”.

Qaynağımız əlavə edir ki, VCİAD  əsassız həbslərlə bağlı dəfələrlə gündəmə gəlib. Bundan sonra da qurumun diqqət mərkəzində olacağı şübhəsizdir: “Məsələ ondadır ki, belə bir cavan kadrın - Elmir Şirinovun təyinatından sonra vergi  cinayəti törətmiş oğulun əvəzinə anası da tutula bilər. Onu demək lazımdır ki, artıq Şirinova rəis deyə müraciət edənlər də var...” 

İş günü olmadığından məsələ ilə bağlı Vergilər Nazirliyinin mövqeyini öyrənə bilmədik. Buna baxmayaraq, nazirliyin fikirlərini də dərc etməyə hazırıq.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar