Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətənli vətənsiz xalq


Əsrlər boyu müstəqil Krım xanlığının tərkibində yaşamış, hətta Məhməd Giray Xanın dövründə sərhədlərini Moskvaya qədər uzatmış tatarlar XVIII yüzilliyin sonlarında Rusiya İmperiyası tərəfindən işğal və ilhaq olundular


Və beləcə bir xalqın tarixinin məhv edilməsi prosesi başlandı. 1783-cü ildən bəri Krımdakı türk-tatar əhalisini sürgün etmək barədə planlar cızan Rusiya, nəhayət, 1944-cü ildə bəhanə tapdı: SSRİ üçün 50 mindən artıq şəhid vermiş Krım tatarları "nasistlərlə əməkdaşlıq"da günahlandırıldılar. 

Bu ittihamın bəhanədən başqa bir şey olmadığı aşkar idi. Çünki almanlarla sadəcə krım tatarları deyil, polyaklar, ukraynalılar, belaruslar və digər millətlər də müəyyən mənada əməkdaşlıq etmişdilər. Amma 1937-ci ildə 1 milyondan artıq türk əhalisini müxtəlif böhtanlarla edam etdirən Stalin rejimi bu mövzuda yetərincə təcrübəli idi.

1944-cü ilin əvvəllərində Krım yarımadasının geri alınmasından sonra hər şey hazır idi. Beləliklə, mayın 17-dən 18-nə keçən gecə tatarların evlərində qapılar yumruqlanırdı. SSRİ ordusunun əsgərləri hər kəsə "15 dəqiqə sonra meydanda olun!" deyə əmr verirdi. Hər şeydən xəbərsiz olan krımlılar deyiləni edirdilər. Bütün evlərdə bir neçə nəfər əskik idi. Çünki 50 mindən çox tatar gənci SSRİ üçün savaşmağa, cəbhəyə yollanmışdılar. Moskva hökuməti bu sədaqəti "mükafatlandırırdı".

Qadınlar, beşikdəki körpələr, döyüşə bilməyəcək vəziyyətdə olan kişilər, qocalar, xəstələr və başqalarından ibarət 191 min nəfər o gecə zorla qatarlara mindirildi. Heyvan daşımağa da yararlı olmayan vaqonlara daxil edilən tatarlar sıxışaraq, bir-birlərini əzərək yol getməyə başladılar. 20 gündən artıq davam edən bu "səyahət"də onlara normal yemək, su da verilmirdi. Xeyli insan yolun sonunu görə bilmədən elə qatardaca vəfat etdi. Vaqonlarda oturmağa yer olsun deyə qatar hər dəfə dayananda yüzlərlə ölünün bədəni yol kənarına atılırdı. Nəticədə, 8000-dən çox tatar bu şəkildə həlak oldu.

Sürgündə vəzifəlilərdən Serov və Qabulovun son teleqrafları 20 may tarixində Beriyaya çatmışdı. Teleqrafda bildirilirdi ki, didərgin salınanlardan əlavə 6 min nəfər Krım tatarı əsgərliyə uyğun olduğu üçün cəbhəyə, 5 min nəfər isə kömür mədənlərində işləmək üçün göndərilmişdi. "Vətənə xəyanət" bəhanəsi ilə ittiham olunan bir kütlədən hələ də orduya əsgər qəbul edilməsi Stalin rejiminin böhtanlarının necə təzadlı olduğunu aşkar edir.

Əsasən Özbəkistana və Sibirə sürgün edilən Krım tatarlarının əzabları başa çatmadı. Heç bir malı-mülkü qalmayan soydaşlarımız pambıq tarlalarında qul kimi işləməyə məcbur edildilər. Belə işlərdə çalışarkən xeyli tatar yoluxucu xəstəlik və aclıqdan vəfat etdi.

Vəzifəli şəxslər bu əməliyyatı uğurla başa vurduqları üçün 19 iyul 1944-cü il tarixində hətta bir məclis hazırlatmış və şənliklə "uğur"larını qeyd etmişdilər. Elə bu məclisin davam etdiyi vaxtda Qabulova çatdırılan bir xəbərdə "Krım tatarlarının tamamilə sürgün edilmədiyi" bildirilirdi. Azov dənizinin sahilində yaşayan və balıqçılıqla məşğul olan Arabat kəndinin tatar əhalisini sürgün etmək NKVD vəzifəlilərinin yadından çıxmışdı. Belə bir məclisdə bu xəbəri eşitmək Qabulovu əsəbləşdirmişdi. O, əsgərlərinə 2 saat içində həmin bölgəni təmizləmək barədə əmr verir.

Lakin Arabat kəndinin əhalisini qatarlara çatdırmaq mümkün deyildi. Buna görə də, əsgərlər unudulan tatarları köhnə, yararsız vəziyyətdə olan bir gəmiyə mindirdilər. Sahildən uzaqlaşdıqdan sonra anbar qapaqlarını açdılar və beləcə, istifadəyə lazım olmayan həmin gəmini içindəki insanlarla birgə suyun dərinliklərinə gömdülər. Həmin faciədən bir nəfər belə sağ qurtula bilmədi. Qabulov isə, nəhayət, Krım türklərinin "tamamilə" təmizləndiyini bildirən sənədi lazımi yerlərə göndərə bilmişdi.

"37 repressiyası"ndan sonra SSRİ-nin türk əhalisinə qarşı törədilmiş daha bir qətliam, əfsus ki, sonuncu olmadı. Bizim günlərimizdə də "Krım Tatar Məclisi" böhtanlara və təqiblərə məruz qalır. Xəlifə Əlinin də dediyi kimi: "Əzilənin əzəndən intiqam alacağı gün, heç şübhəsiz ki, zalımın zülm etdiyi gündən daha şiddətli olacaq".

Rüstəm İsmayılbəyli(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar