Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vitse-spikerlə deputat arasında qalmaqal



"Elm haqqında" qanun layihəsinin parlamentin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı qalmaqal yaşanıb


Buna səbəb millət vəkili Fəzail Ağamalının qanun layihəsinin müzakirəsində çıxışı zamanı səsləndirdiyi bəzi fikirlər olub. 

Millət vəkili çıxışında iddia edib ki, bu qanunun qəbulu ilə ancaq Azərbaycan elmi ölü nöqtəsindən tərpənə bilər. İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərovun millət vəkilinin xüsusilə, bu fikrinə etirazı sərt olub: "Fəzail müəllim, sizin çıxışınıza şərh vermək istəmirəm. Amma demək ki, bu qanunun qəbulu ilə Azərbaycan elmi ölü nöqtədən tərpənəcək, bu, düzgün deyil. Azərbaycanda elm var və inkişaf edir". 

Sonra isə birinci vitse-spikerlə millət vəkili arasında belə bir dialoq baş verib. 

Ziyafət Əsgərov : Fəzail müəllim, əgər Azərbaycanda elm yoxdursa, diplomu haradan almısınız?.." 

Fəzail Ağamalı (yerdən): "Diplomu sovet dövründə almışam..." 

Ziyafət Əsgərov: "Onda gedin Sovet dövlətində oturun...Belə demək düzgün deyil, axı?!". 

Digər millət vəkili Aytən Mustafayeva da deputat həmkarına etiraz edib. "Azərbaycanda Elmlər Akademiyası ölməyib. Azərbaycan da elm də var, alim də. Amma bizdə elm adamlarına münasibət başqadır-həmin münasibət dəyişməlidir. Çox təəssüflər olsun ki, bizdə elm adamlarına hörmət yoxdur..."-deyə, o, sözlərinə əlavə edib. (qafqazinfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar