Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Bayramov Meydan TV-ni məhkəməyə verə bilər


İqtisadçı ekspert adından yayılan fikirlər qalmaqal yaradıb


Avqustun 25-də Meydan TV-də “Install Service LLC” şirkətinin fəaliyyəti ilə bağlı dərc olunan məqalədə iqtisadçı ekspert Vüqar Bayramovun adından fikirlərin qeyd olunması ciddi qalmaqal yaradıb. Məqalə Meydan TV-nin veb səhifəsində Azərbaycan, ingilis və rus dillərində çap olunub. 

Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında məqalə hazırlanarkən ondan fikir öyrənilmədiyini bildirdi: “Mənimlə heç kim  məqalə barədə danışmayıb. Amma adımdan məqalədə fikirlər yer alıb. Bu beynəlxalq normalara uyğun deyil. Maraqlıdır ki, yazıda adı çəkilən şirkətin adını məqaləni ilk dəfə oxuyarkən bildim. Təsəvvür edin ki, adını bilmədiyim şirkət haqqında fikirlərim gedir. Bunlar kifayət qədər təəccüb doğurur. Xaricdə iqtisadçı ekspert kimi tanınıram. Mən Avropa Birliyində forum sədri olmuş yeganə azərbaycanlıyam. Kifayət qədər beynəlxalq əlaqələrim var. Adımdan fikirlərin qeyd olunması, məqalənin gücləndirilməsi anlamına gələ bilər. Sanki doğru olduğunu isbatlamaq üçün adımdan istifadə ediblər. 

Özünü güclü şəbəkə sayan media orqanı yazısında bir iqtisadçı və mərkəzlə bağlı fikir soruşmadan istinadlar verirsə, sadəcə dəhşət bürüyür. Yazıda kifayət qədər uydurma faktlar yer alır. Əgər faktlar göydən götürülürsə, demək yazı bir adamın fantaziyası və göydən götürülmüş məlumatlardır. Söhbət burada fikir soruşulmadan adımdan istinadların getməsindən getmir. Özünə hörmət edən heç bir təşkilat hesabatında belə uydurma xəbərlər yaymaz. Rəyini soruşmadan bir iqtisadçının adından fikirlər yazılmamalıdır. Rəy öyrəniləndən sonra hər hansı bir fikirlərin qeyd olunmasına ehtiyac var. Bu şəbəkənin məqaləsi onu göstərir ki, digər məlumatları da hansısa bir şəxsin stol arxasında oturub yazdığı ”araşdırmalardan" ibarətdir".

V.Bayramov adından gedən məqalə ilə bağlı məhkəmə perespektivindən də danışdı: “Biz artıq müraciət etmişik. Meydan TV yazı dərc edən zaman öz fikrimizi bildirdik. Həmin şəbəkəyə müraciət edərək, həmin hissənin məqalədən çıxarılmasını tələb etmişik. Maraqlı tərəf odur ki, məqalənin müəllifi yoxdur. Meydan TV  məqaləni dərc edən şəbəkədir. Bildirirlər ki, məqalənin müəllifini bilmirik. Sözlərindən belə çıxır ki, məqalə göydən düşüb. Əgər dediyimiz hissələr çıxarılmasa, hüququ müstəvidə həll edəcəyik. Səs yazısı, internet yazışmalarının üzə çıxarılmasını tələb edəcəyik. Bunlar ümumiyyətlə, yoxdur. Çünki heç bir rəy soruşulmayıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar