Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vur də komandir, vur...



Elbrus Ərud yazır


Bu yazının adını “O səs Azərbaycan” da qoya bilərdim... Bilmirəm, elə olsa daha çox ehtiva edərdimi hisslərimi? Dünən Zakir Həsənov üçün hadisə erməni helikopterini bir atəşlə yerlə bir edən hərbçinin döyüş hazırlığı idisə, mənim üçün onun böyründən çıxan “Vur də komandir, vur” səsi idi. 

O əsgərin səs temberi, çağırış forması, nidası, həyəcanı nə idi, İlahi... Qoy bu ölkənin rejissorları, ssenaristləri bu səsi qabaqlarına qoyub ona min kərə qulaq assınlar. Bu səs Azərbaycan xalqının ehtiyacını necə dəhşətli tərənnüm edirdi... Mən yüz faiz əminəm ki, dünən bu kadrlara baxan azərbaycanlılar səhərə kimi sevincdən, qubardan, həyəcandan, o səsin verdiyi etkidən yata bilməyiblər, göz yaşları içində onlarca dəfə həmin anlara baxıblar. Əsgərimiz komandirini bu xalqın dili ilə elə səsləyirdi ki... “Komandir, vur də onu!..”

Və komandir vurdu! Bu gündən dünənə baxanda indi çoxları deyir ki, gərək elə ikincini də vurardılar. Mən bu yazını nə patriot, nə də, hansısa azərbaycanlı kimi yazıram. Sadəcə hardan baxsan görünən bir həqiqət var. Dünən mütləq ikinci helikopter də vurulmalı idi. Bizə artıq bu lazımdır. Dünən o əsgərin səsi məhz bizə bunu deyirdi. Başqa variant yoxdur, inanın. İlk dəfəydi ki, mənə Azərbaycan əsgərinin səsi “300 Spartalı” filmində Yunanıstanın azadlığı uğrunda döyüşən insanların çığırtılarını xatırladırdı. Azadlıq məhz bu səslə əldə edilir...

Dünənki olayda diqqət çəkəcək daha bir məqam Azərbaycanın həm hərbi qurumlarının, həm facebook insanlarının, ən yüksək səviyyədə belə bu ölkədə hər kəsin bu olaydan coşması, eyni səviyyədə reaksiya sərgiləməsi idi. Məhz bu şəkildə pərakəndə deyil, vahid münasibət sərgiləndiyi üçün artıq dünən hadisədən dərhal sonra dünyaya verilən mesajlar da öz təsirini göstərdi. Azərbaycan qınanılmadı, sadəcə atəşkəsin pozulmasından narahatlıq ifadə olundu. Və bu həmişə belə olmalıdır...

Dostlar, inanın ki, iş düzgün qurulanda adamı nəticə yox, proses maraqlandırır. O gün “Qarabağ”ın oyununda guruldayan meydana baxıb fikirləşdirdim ki, mütləq Qarabağın azadlığı üçün əmri burdan vermək lazımdır. Millət “Qarabağ”dan Qarabağa yola düşməlidir və yəqin ki bu nə vaxtsa belə də olacaq. 

Hə, bir də ilk dəfəydi ki, mən Sarkisyanı hərbi geyimdə belə miskin görürdüm. O, yaxşı bilir ki, ermənilər Sarkiysanın minib Qarabağa gəldiyi helikopteri yox, dünən Azərbaycan səmasında vurulan helikopteri düşünürlər... 

İndi bizim əsas işimiz onların içində tüstüləyən dünənki helikopteri sönməyə qoymamaqdır... 

Necə deyirdi o əsgər?



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar