Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vurğun Əyyub Arif Hacılının qardaşına “tərbiyəsiz“ dedi


Müsavatın qurultayından bir həftəyə yaxın müddət keçməsinə baxmayaraq narazılıq səngimək bilmir


Qalib və məğlub namizədlərin tərəfdarları arasında sosial şəbəkələrdə gedən söz savaşı anbaan artmaqdadır. Artıq bu savaşa tanınmış partiya funksionerləri də qoşulub.

Başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun bir müsahibəsində işlətdiyi “Əhrar Partiyasında cəmi bir nəfər var” cümləsi yeni qalmaqalın bünövrəsini qoyub.

Yeni seçilmiş başqan Arif Hacılının qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli də öz növbəsində facebookda yazdığı statusla Qubad İbadoğluna sərt cavab verib: “Tutaq ki, Əhrar Partiyasında bir nəfər var. Nə olsun? Harada tapsan ki mən iki nəfərin olduğunu demişəm, onda deyərsən ki, yalan demişəm. Əhrar Partiyası ümumiyyətlə yoxdur, heç kağız üzərində də yoxdur. Başqa partiyaların möhürü var, bunun heç möhürü də yoxdur. Oldumu? Bitdimi? Rahatlanın”.

Vaqif Hacıbəylinin statusunda əsas narazılıq doğuran məqam Müsavat başqanının keçmiş I müavini Vurğun Əyyubla bağlı olan bu fikirlərdir: “Mən 2003-cü ilin oktyabrında, hamının pərən-pərən düşdüyü o sitəmli günlərdə Müsavatı məhkəmədə təmsil edəndə, İsa Qəmbərin seçki qərargahına rəhbərlik edəndə, Müsavata qarşı yönələn hücumlara qarşı sipər olanda nə sən (Qubad İbadoğlunu nəzərdə tutur-red.), nə də sənə ələkçinin qılverənliyini edən Vurğun Əyyub üzə çıxmırdınız, qınınıza girmişdiniz. İndi sən mənə mənəviyyat dərsi keçəcəksən? Hansı haqla?”

Vurğun Əyyub isə medianews.az saytına açıqlamasında Vaqif Hacıbəylinin xəstə olduğunu bildirib: “Vaqif Hacıbəyli xəstə adamdır. Tərbiyəsində ciddi problemləri var. Xəstə olduğundan dediyi yalanları bağışlayıram. 2003-cü ili xatırlasa, yəqin ki, doğru cavab verər. Səhv etmirəmsə, oktyabrın ya 19, ya da 20-də müsavatçılarla birlikdə “Azadlıq” qəzetinin redaksiyasında idi. Onunla şəxsi münasibətimizdə heç bir problem olmayıb. Əgər başqanlıqda Arif Hacılını dəstəkləsəydim, indi Vaqif Hacıbəylinin dilindən tamam başqa sözlər eşidərdiniz”.

Vurğun Əyyub Müsavatdan istefa verəcəyi ilə bağlı dolaşan fikirlərə də aydınlıq gətirib: “Nə qərar verdiyimizi hər kəs görəcək. Mən hazırda Müsavatın üzvü kimi fəaliyyət göstərirəm”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar