Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vurğun Əyyub Müsavatdan qovula bilər



Partiya rəhbərliyinin seçdiyi yol belə deməyə əsas verir


Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu beş aylıq müddətə ölkəni tərk edərək ABŞ-a yollanıb. 

Bu barədə o, Facebook profilində məlumat verib. Qeyd edib ki, ABŞ-da ADR Hərəkatının sədri statusu ilə ilk dəfə müzakirələrə qoşulacaq.

Onun ölkəni tərk etməsi isə birmənalı qarşılanmayıb və müxtəlif fikirlər bildirilib. Bəzilərinin qənaəti bu cürdür ki, Q.İbadoğlu belə gedişatdan, Müsavat tərəfindən sıxışdırılmaqdan bezdiyi üçün bir müddət ölkəni tərk edib. Deyilənə görə, o, söz-söhbətlərdən artıq yorulub və böhtana məruz qalmaq onu bezdirib.

Qurultay vaxtı namizədliyini Q.İbadoğlunun xeyrinə geri götürmüş Səxavət Əlisoy deyib ki, ADR yaxın günlərdə bu il keçiriləcək parlament seçkilərində iştirak edib-etməmək barədə qərar verəcək. Qərar müsbət olacaqsa, Q.İbadoğlu ölkədə olmadan da hazırlıqlar aparılacaq: “Biz bununla bağlı İdarə Heyətində müzakirələr aparırıq. ADR Hərəkatında qərarlar kollegial şəkildə verilir. Təşkilat bir nəfərin düşüncəsi ilə öz strategiyasını formalaşdırmır. ADR parlament seçkilərində iştirak edəcəksə, Qubad İbadoğlu burada olmadan da hazırlaşa bilərik”.

S.Əlisoy Q.İbadoğlunun həbs təhlükəsi ilə bağlı yayılan şayiələr barədə də danışıb və belə bir şeyin mümkün olmadığını deyib: “Bizim keçmiş partiya dostlarımız istəyir ki, Qubad bəy həbs edilsin, bunun arzusundadırlar. Sevinc Hüseynovanın dediklərinə gəlincə isə buna münasibət bildirmək istəmirəm. “Təndirbaşı qeybət” söhbətləri haqda danışmayacağam. Ciddi adamlar, ciddi fikirlər olsa, münasibət bildirmək olar. Ən yaxşısı odur ki, qeybət edənlər öz partiyasının durumu ilə maraqlansınlar”. Xatırladaq ki, Müsavat Partiyası MNTK-nın sədri Sevinc Hüseynova ADR sədrinin ABŞ səfərinə mənfi reaksiya verərək onu sərt tənqid edib.

Onu da deyək ki, ADR Hərəkatı İdarə Heyətinin bir neçə gün öncə reallaşan son toplantısında sədrin birinci müavini postu təsis edilib və posta Vurğun Əyyub təyin edilib. Bu o deməkdir ki, Q.İbadoğlu olmadığı beş ay müddətində, yəni, avqust ayına qədər hərəkata V.Əyyub rəhbərlik edəcək. Buradan isə belə nəticə çıxır ki, bundan sonra V.Əyyubun Müsavat Partiyası ilə onsuz da pis olan münasibəti bir qədər də kəskinləşəcək. Son zamanlar partiyanın repressiya siyasəti hər kəsə məlumdur. Nəinki əks fikir söyləyən, azca da olsa xoşlarına gəlməyən hərəkətə yol verən və ya onların maraqlarını müdafiə etməyən şəxslərin aqibəti hamımıza məlumdur. Ona görə də bu gedişlə yaxın zamanda V.Əyyubun da partiya üzvlüyündən qovulacağı heç bir şübhə doğurmur. Ələlxüsus da, onun Müsavatın “qara siyahı”sına düşmüş hərəkata rəhbərlik etməsindən sonra bu, qaçılmaz görünür.

Keçən ilin son aylarından kütləvi hal alan “qovma əməliyyatı” yəqin ki, hələ bir müddət yaddan çıxmaz. Partiyanın Divanı əks fikirlilərə divan tutaraq onların hamısını bir-bir partiya üzvlüyündən çıxardı. “Vətən xainləri”nin əsas müzakirə mövzusu, narazılıq obyekti təbii ki, qurultay seçkiləri idi. Seçkilərin nəticələrinə etiraz edənlər isə partiya rəhbərliyi və funksionerləri tərəfindən pozuculuq fəaliyyətində ittiham olunurdular. Hər zaman Q.İbadoğlunun dəstəkçisi kimi fərqlənən V.Əyyub onda da Divanın qərarlarına etiraz edir, narazı müsavatçıların partiyanın ideoloji-siyasi xəttinə qarşı hər hansı fəaliyyətlərini görmədiyini deyirdi. Bildirirdi ki, əgər vəziyyəti düzəltmək üçün belə yola əl atıblarsa, partiya rəhbərliyi bilsin ki, imza atdığı repressiyalar heç bir fayda verməyəcək.

Xatırladaq ki, həmin müddətdə Q.İbadoğlu tərəfdarları olan Kamil Xəlilbəyli, Səxavət Əlisoy, onun çıxarılması qərarına etiraz edən Əlövsət Talışxanlı və daha bir neçə üzv partiya üzvlüyündən kənarlaşdırıldılar. Bundan sonra isə gedişatın ən pik nöqtəsi yaşandı və Q.İbadoğlu özü qovuldu. Bu faktları ona görə xatırladırıq ki, ADR Hərəkatını yaratdığına görə Q.İbadoğlunu partiyadan uzaqlaşdırırlarsa, onun sağ əli olan və hazırda səlahiyyətlərini icra edən V.Əyyub qovulmazmı? (kaspi.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar