Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vurğun Əyyubun Müsavatdan çıxarılması qərarı yeni gərginlik yaratdı


Adil Qeybulla istefa verdi


ADR-çilərin etirazlarına Müsavat rəhbərliyindən tutarlı cavablar gəldi
Mayın 3-də Müsavat Partiyasının Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin toplantısı keçirilib. 

Toplantıda sözügedən özəkdə partiya üzvü kimi qeydiyyatda olan Vurğun Əyyubun özəyin iclaslarına qatılmadığı, üzvlük haqqı ödəmədiyi müzakirə olunub və onun partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edilib. 


Müsavatın Divan üzvü və Binəqədi rayon təşkilatının keçmiş sədri Nemət Kərimli bildirib ki, V.Əyyub özəyin iclaslarına qatılmaqla bağlı çağırışlara məhəl qoymayıb, qərarlara tabe olmayıb, üzvlük haqqını ödəməyib. Buna görə də özək təşkilatı onun partiyadan xaric edilməsi ilə bağlı qərar qəbul edib.

N. Kərimli onu da bildirib ki, qərara Müsavat rəhbərliyi tərəfindən baxılmalı və təsdiq olunmalıdır.

V.Əyyub barədə partiyadan xaric edilmə qərarının çıxarılması ADR sədri, sabiq Müsavat üzvü Qubad İbadoğlunun etirazı ilə qarşılanıb. Q.İbadoğlu bildirib ki, Müsavatın yerli təşkilatı yuxarıların göstərişi ilə 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1992-1993-cü illərdə TQDK-nın rəhbəri, 1997-ci ildən partiyanın baş katibi, 2001-ci ildən Müsavat başqanının 1-ci müavini olmuş, partiyanın quruculuğunda və inkişafında dəyərsiz xidməti olan, ziyalı, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini V.Əyyubun partiya sıralarından xaric olunması barədə “qərar” qəbul edib: “Onun Müsavatdan çıxarılması bir daha göstərdi ki, Müsavat qurultaydan sonra qisasçı təfəkkürə malik olan, yalnız qrup maraqlarını güdən, cılız hisslərlə yaşayan adamlar tərəfindən idarə olunur. Heç şübhəsiz ki, belə idarəçilik Müsavatın bu günündə rüsvayçı səhifə, tarixində qara ləkə kimi qalacaq, partiyanı isə gələcəkdə uçuruma aparacaq”.

 

Keçmiş Divan üzvü Adil Qeybulla isə V.Əyyubun partiyadan çıxarılması qərarına etiraz olaraq bəyanat yayaraq Müsavat üzvlüyündən çıxdığını elan edib: “Əslində indiki Müsavat daxilində çoxdan başlanmış təfriqəçilik və bölücülük siyasəti məntiqi sonluğuna çatdı. Bu gün qeyri-qanuni üsullarla partiya rəhbərliyini ələ keçirmiş məhdud bir qrup müsavatçılığın mahiyyəti ilə daban-dabana zidd olan avtoritar və aqressiv davranış nümayiş etdirir. Bu cür davranış böyük Rəsulzadənin və ləyaqət etalonu olan sıravi müsavatçıların ruhuna həqarətdir. Müsavatın əsas prinsiplərini təşkil edən ədalət və mərhəmət prinsipləri bu gün onun adını daşıyan partiyada ayaqlar altına atılıb. Müsavatçılıq ruhuna avtoritarlıq hopa bilməz. Əgər hopubsa, o partiyanın yalnız quru adı Müsavat ola bilər. Müsavatçılıq Müsavat Partiyasından qat-qat geniş anlayışdır... 

Partiyanı işğal etmiş məhdud bir qrupun apardığı yanlış siyasətə və təşkilatda yaratdığı cılız qisasçılıq, avtoritarlıq fəaliyyətinə şərik olmaq niyyətim olmadığından partiya sıralarından istefa verdiyimi bəyan edirəm. Yolumuz milli dövlətçilik yoludur".



Müsavatın Məclis üzvü Ellada Məmmədli də V.Əyyubun partiyadan çıxarılmasına etiraz edib. O da qeyd edib ki, belə bir qərarın verilməsi cılızlıqdır: “Heç kim öz fərdi münasibətlərini M.Ə.Rəsulzadənin yaratdığı Müsavat Partiyası adı altında pərdələməməlidir. Vurğun bəyi 25 ildən artıqdır ki, tanıyıram. Hər zaman demokratik fikirli, azad sözlü, milləti və dövləti üçün canından keçməyə hazır olan ziyalıdır. Qınayıram indiki rəhbərliyi, düşmənçiliyin də bir meyarı olar”.

 

Müsavat başqanının müavini Elman Fəttah isə partiyaya məxsus olan qrupda məsələyə münasibət bildirərək qeyd edib ki, Binəqədi təşkilatının bir özəyi üzvlərinin iradəsinin qərarını verib, V.Əyyubu partiyadan xaric edib və yenə də “saçyoldu kampaniyası” başlayıb: “Bir az maraqlandım, məlum oldu ki, bu, birinci dəfə baş vermir. Neçə ildir ki, özək bunu zaman-zaman müzakirə edirmiş. Hətta bir neçə il öncə də eyni özək, eyni şəxs haqqında eyni qərarı veribmiş. Sonra ağsaqqal, qarasaqqal yığılıb özəyin qərarını dəyişdiriblər. Nizamnamə pozuntusu olduğunu iddia edirlərsə, rayon şurasında, NTK-da məsələni qaldırsınlar”.
Müsavat başqanının müavini Osman Kazımov isə dedi ki, xeyli vaxtdır V.Əyyubun fəaliyyəti partiyanın nizamnaməsinə zidd olub: “Vurğun bəy sonuncu dəfə nə vaxt ödəyib üzvlük haqqını? Yadına düşürmü o tarix? İnsanları qərar qəbul ediləndən sonra qınamaq asandır. Amma hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməyə borcludur. Ortada reallıqlar var. Onu özək qərar verərək partiyadan çıxarıb. Heç bu məsələ partiya rəhbərliyi səviyyəsində müzakirə olunmayıb. İclasa dəvət edirlər, həmin adam saymazyanalıq nümayiş etdirir, mesaj yazır deyir ki, xəstəydim. Dəfələrlə Divana çağırılıb. Divanda iştirak etməyib və müxtəlif bəhanələr gətirib. Partiyanın nizamnaməsinə əməl etmək lazımdır. Qurultay keçirilib, artıq hər şey bitib. Nizamnaməyə uyğun hərəkət etmək lazımdır, sayğısızlıq nümayiş etdirmək, özünü hamıdan yuxarı tutmaq lazım deyil”. 

O. Kazımov qeyd edib ki, V.Əyyub verilən qərardan narazıdırsa, şikayət etsin: “Bu qərarın ədalətli, ya da ədalətsiz, qanuni olub-olmamasını deyə bilmərəm. O qeyd edir ki, ömür boyu Müsavat Partiyasına köməklik edib. Bu o demək deyil ki, vaxtilə üzvlük haqqı verdiyinə görə indi verməməlidir. Üzvlük haqqı böyük bir məbləğ deyil ki? Bu, sadəcə, onun intizamsızlığıdır, nizamnaməyə hörmətsizlikdir. Partiya üzvü olan şəxs üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Yoxsa partiyada anarxiya, xaos olar. Üzvlük haqqının xərclənməsində şəffaflıq var. Partiyanın maliyyə hesabatı var, maraqlanıb yoxlaya bilər. Bu nə deməkdir ki, şəffaflıq yoxdur". 

Nemət Kərimli isə həmçinin bildirib ki, Adil Qeybullanın istefası birinci dəfə deyil: “Bu, onun sayca üçüncü istefasıdır. Yalnız ona ”yaxşı yol" demək qalır, çünki istefa vermək onun öz hüququdur. Amma bir müddətdən sonra vəziyyət dəyişsə, o, yenidən partiya üzvü olduğunu rəsmən elan edəcək. İndiyə qədər iki dəfə belə olub". 



Müsavat başqanının sabiq müavini, politoloq Qabil Hüseynli isə bildirib ki, V.Əyyubun, A.Qeybullanın Müsavat sıralarından kənarlaşdırılması əslində onların özləri üçün xeyirdir: “Onların hər ikisi savadlı adamlardır. Elmlə məşğul olsalar cəmiyyətə daha çox fayda verərlər. Partiyanın isə fəaliyyəti davam edəcək. Müsavatda onu yaşadacaq insanlar hələ var”.



Müsavatın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli APA-ya deyib ki, rayon təşkilatının üzvləri tərəfindən partiyada baş verən son hadisələrə etiraz olaraq aksiya keçirilməsi təklif olunub: “Biz bu təklifləri dəyərləndirib, akasiyanın vaxtını müəyyənləşdirəcəyik. Güman ki, aksiya mayın 6-da keçiriləcək. Həm də biz bilmək istəyirik ki, hakimiyyətdən aksiya üçün yer tələb edən, narazılıq edən bir partiya öz qərargahı qarşısında etiraz aksiyasına necə yanaşacaq? Görəsən, indi Müsavatda demokratiya qalıbmı? Bunu aksiya zamanı görəcəyik”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar