Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vyaçeslav Volodin kimdir?

Son bir neçə ay ərzində Rusiyanın siyasi dairələrində hakimiyyətin yuxarı eşolonunda baş verəcək dəyişikliklər haqqında müəyyən söz- söhbətlər gəzirdi


Avqust ayında müasir Rusiya siyasətinin patriarxlarından sayılan Sergey İvanovun Prezident Administratsiyasının başçısı vəzifəsindən getməsi, onun yerinə Anton Vaynonun gətirilməsi Putinin siyasi islahatlarının başlanğıcı idi. Həmin vaxt  “məzuniyyət”də olan (əslində isə, seçkilərlə məşqul idi) Volodinin Vaynonun rəhbərliyi altında işləyəcəyi real görünmürdü.

Bəs Dövlət Dumasının spikeri Serqey Narışkinin Rusiya Xarici Kəşviyyat idarəsinin direktoru təyin olunması, onun yerinə spiker vəzifəsinə  isə, Vyaçeslav Volodinin təyin edilməsinin səbəbi nədir?

Rusiya siyasi sistemində, parlamentin real çəkisi heç də hakimiyyətin digər qollarından geri qalmır. Belə çıxır kı, Volodininin Dumaya spiker gətirilməsi gələcəyə hesablanmış addımdır. Duma onun üçün bir tramplin rolunu oynaya bilər. İndi çox şey onun publik siyasətdə özünü necə aparacağından asılıdır.
Volodin kimdir?

Sadə rusiyalılara o qədər də tanış olmayan, lakin, siyasi partiyaların, qubernatorların və hakim elitanın yaxşı tanıdığı Volodin bir neçə ildir, kölgədən idarəçilik ilə məşqul idi.  2011 – ci ildən Rusiyanın daxili siyasətinin əsas ideoloji icraçılarından olan Volodinin sayəsində Rusiya vətəndaşlarının siyasi aktivliyi son dövrlər azalmağa başladı, Bolotnıy və sair kimi maydanlar isə  iflasa uğradı. Bu seçkilərdə də, əhalinin həmişəkindən daha az hissəsinin seçici kimi iştirakı buna bir misaldır. Xatırlatmaq yerinə düşər ki, Volodinin seçki islahatları nəticəsində 2016- cı ildən başlayaraq seçkilər qarışıq sistem üzrə keçirilməyə başladı. Bəzi regionlarda isə, yenidən qubernatorlar Prezident tərəfindən təyin olunur.

Volodin seçki kampaniyasında 15 saylı seçki regional qrupuna rəhbərlik edirdi. Bu qrupa Volqoqrad, Penza, Saratov və Tambov vilayətləri daxil idilər, hansılar kı, federasiya üzrə hakim partiyaya ən çox səs verdilər.  Rusiyada  “Vahid Rusiya” partiyasının tarixdə ilk dəfə bu qədər çox səs toplamağının əsas səbəbkarlarından biri də məhz, O, idi. İngilis dilində  «landslide victory” adlanan bu qələbədən sonra, o, öz mukafatını aldı. Bu mükafat spikerlik postudur.

Bundan başqa, Volodinin spiker seçilməsi xarici siyasətdə də rəsmi Moskvaya müsbət təsir göstərəcək. Çünki, Dumanın eks spikeri Narışkin hələ də Qərb tərəfindən sanksiya ilə üzvləşmiş siyasətçilərinin siyahısına daxildir. Yeni spiker isə, xarici siyasətdə Qərb ölkələrinin parlament sədrləri ilə intensiv danışıqlar apara bilər.

52 yaşında , qubernatorlarla və Rusiyanın  federal siyasi elitası ilə yaxından təmasda olan Volodinin hamının gözü önündəki Dumaya spiker gətirilməsinin arxasında gələcək Prezident seçkiləri də ola bilər. Siyasət çox dinamikdir, siyasi aktorların hər bir fəaliyyəti, onlar üçün, siyasi karyeralarında geriyə və ya irəliyə atılmış addım ola bilər. Gələcəkdə, Rusiyanın  siyasi proseslərində nələrin baş verəcəyini isə, artıq indidən görmək mümkündür.



Zaur Məmmədov
Politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar