Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN-dən ATƏT-ə sərt etiraz


"Azərbaycanın ATƏT-in dialoq və əməkdaşlıq prinsiplərinə sadiqdir"


Xarici İşlər Nazirliyi ATƏT-in baş katibi Lamberto Zanyerin Moskvada keçirilmiş mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu (DTİHB) tərəfindən “Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyasının göndərilməməsi ilə bağlı razılığın əldə olunmaması təəssüf doğurur” açıqlamasına münasibət bildirib.
 
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, ATƏT çərçivəsində üzərinə düşən öhdəliklərinə riayət edərək, Azərbaycan tərəfindən 14 iyul 2015-ci il tarixində 1 noyabrda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosuna (DTİHB) dəvət göndərilib: “DTİHB tərəfindən seçkilərlə əlaqədar hazırlanmış Ehtiyacların qiymətləndirilməsi hesabatına münasibətdə Xarici İşlər Nazirliyi tərəfindən rəsmi məktubla Azərbaycanın razı olmadığı məqamlar üzrə əsaslandırılmış cavab ATƏT DTİHB-ə təqdim olunub. Məktubda Azərbaycan tərəfindən Ehtiyacların qiymətləndirilməsinə dair hesabatda öz əksini tapmış bəzi məqamların düzgün və əsaslandırılmış olmadığı və ATƏT məkanında mövcud seçki praktikasına uyğun olaraq, müşahidəçilərin sayının ölkə əhalisi, seçici və seçki dairəsinin sayına mütənasib və rasional olmalı olduğu vurğulanıb. Belə ki, 9.5 milyon əhalisi və 125 seçki dairəsi olan Azərbaycana ATƏT/DTİHB tərəfindən 400 nəfər müşahidəçinin göndərilməsi heç bir məntiqə sığmır. Müqayisə üçün qeyd edək ki, 50 milyon əhalisi olan Ukraynaya 26 oktyabr 2014-cü il seçkilərini müşahidə etmək üçün 600 nəfər, 150 milyona yaxın əhalisi olan Rusiyaya 4 dekabr 2011-ci il seçkilərində 200 nəfər, 5 oktyabr 2015-ci ildə Bolqarıstanda keçirilən seçkilərə 12 nəfər, 16 mart 2014-cü ildə Serbiyada keçirilən seçkilərə 12 nəfər, 21 dekabr 2014-cü ildə Özbəkistanda keçirilən seçkilərə isə 12 nəfər müşahidəçi göndərilib. DTHİB əhali və seçici sayına nisbətdə müşahidəçilərin sayının bu dərəcədə qeyri-mütənasibliyinin məntiqi izahatını hələ də verə bilməyib.
Məntiqi izah vermək əvəzinə ATƏT DTİHB-in rəhbərliyi tərəfindən birtərəfli qaydada məsləhətləşmə aparmadan və mandatını kobud şəkildə pozaraq, Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə edilməməsi barəsində qərar qəbul olunub.
1992-ci il Helsinki sənədinə əsasən ATƏT/DTİHB-in əsas rolu üzv dövlətlərə insan hüquqları ölçüləri üzrə öhdəliklərinin həyata keçirilməsinə yardım etməkdir. 1994-cü il ATƏT-in Budapeşt sammitinin qərarına görə isə ATƏT/DTİHB-in məşvərətçi funksiyaların yerinə yetirilməsinə dair rolu müəyyən edilib. Budapeşt sənədində deyilir: “DTİHB fəaliyyətdə olan sədr ilə məsləhətləşərək və məşvərətçi rolunda çıxış edərək, Daimi Şuranın müzakirələrində iştirak edir və həyata keçirilmiş məsələlər üzrə məlumat təqdim edir. Fəaliyyətdə olan sədr ilə sıx məsləhətləşmə şəraitində DTİHB-in rəhbəri növbəti addımları təklif edə bilər”.

Göründüyü kimi, ATƏT/DTİHB-in fəaliyyətdə olan sədr və aidiyyəti üzv dövlət ilə məsləhətləşmə aparmadan birtərəfli qərar qəbul etmək səlahiyyəti yoxdur. Nəticə etibarilə, icraçı təsisat olaraq, səlahiyyəti və mandatı icazə vermədiyi  halda, DTİHB siyasi qərar qəbul edib. Bu bir daha onu göstərir ki, DTİHB-in rəhbərliyi müəyyən dairələrin təsiri altında məqsədyönlü şəkildə seçkilərin müşahidəsi kimi texniki məsələni siyasiləşdirir. Aydın şəkildə görünür ki, məqsəd seçkilərdən sonra Azərbaycana qarşı əsasız iradların irəli sürülməsi üçün platformanın hazırlanmasıdır.

Seçkilərin müşahidə edilməsində iştirak etməyəcəyi halda, ATƏT/DTİHB-in seçkilərin nəticələri barəsində hər hansı rəy bildirməyə heç bir əsası yoxdur. 

ATƏT-in fundamental sənədlərinə və mandatına uyğun olaraq, DTİHB sözügedən məsələ üzrə fəaliyyətdə olan sədr və aidiyyəti üzv dövlət ilə məsləhətləşərək, ATƏT-in Daimi Şurasına konstruktiv təkliflər verməlidir.
Azərbaycanın ATƏT-in dialoq və əməkdaşlıq prinsiplərinə sadiqdir. Parlament seçkilərinin müşahidə edilməsi üçün ATƏT/DTİHB-ə göndərilmiş dəvət hələ qüvvəsindədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar