Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN-dən Konqresdəki sanksiya layihəsi barədə açıqlama


Hikmət Hacıyev: “ABŞ Konqresində də Azərbaycanın kifayət qədər dostları var“


ABŞ Helsinki Komissiyasının rəhbəri, ABŞ Konqresinin nümayəndələr Palatasının üzvü Kristofer Smitin Azərbaycan və onun hakimiyyətinə qarşı hazırladığı və Helsinki Komissiyasında qəbul edilən “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi ətrafında yaşanan ajiotaj xeyli vaxtdır səngiyib. Layihə Helsinki Komissiyasında qəbul edilən zaman bildirilirdi ki, yanvarın sonu, fevralda Konqresdə müzakirəyə çıxarıla bilər. 

Artıq fevralın birinci on günlüyü də başa çatır, ancaq sözügedən məsələdən heç bir xəbər yoxdur. Belə bir təəssürat yaranır ki, sanksiyaları nəzərdə tutan qanun layihəsi gündəmdən çıxarılır və hətta Konqresdə müzakirəyə də çıxarılmaya bilər. 
 
Sanksiyaları nəzərdə tutan layihənin arxa plana keçdiyi təəssüratının yaranmasının ABŞ prezidentindən Azərbaycan prezidentinə Vaşinqtonda keçiriləcək nüvə sammitinə dəvətin göndərilməsi ilə bağlı, Azərbaycanın Vaşinqton üçün əhəmiyyətli olması, eyni zamanda Azərbaycan Milli Məclisinin üzvü Rövşən Rzayevin ABŞ-da demokratiyanın və insan haqlarının durumu ilə bağlı hazırladığı-qarşılıqlı sanksiyaları nəzərdə tutan qanun layihəsi ilə əlaqədar olduğu iddiaları var. Bəzi iddialarda isə sanksiya layihəsinin demək olar ki, gündəlikdən çıxdığı deyilir.

Bəs “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi ABŞ Konqresinin gündəliyindən çıxmış sayıla bilərmi? 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a bildirdi ki, sözügedən layihənin gündəlikdən çıxıb-çıxmadığı barədə dəqiq informasiyanı yalnız ABŞ Konqresinə sual ünvanlamaqla əldə etmək olar: “Bu məsələni mən şərh edə bilmərəm. Bu sual ABŞ Konqresinə ünvanlansa daha yaxşı olardı”.  

Nazirlik rəsmisi onu da məlumat verdi ki, ABŞ-da bu qanun layihəsinin qəbul edilməməsi üçün lazımi istiqamətlərdə məlumatlandırma işi aparılır: “Bu layihənin tamamilə ədalətsiz və qərəzli qanun layihəsi olmasının sübuta yetirilməsi istiqamətində iş aparılır. ABŞ Konqresində də Azərbaycanın kifayət qədər dostları var. Həm onların vasitəsilə, həm də Azərbaycanın diplomatik nümayəndəlikləri xətti ilə ardıcıl iş aparılır. Azərbaycanın ABŞ-dakı səfirliyi orada Azərbaycanın dostları ilə bu istiqamətdə iş aparır”. 

Yeni AXCP-nin sədri Razi Nurullayev isə “Yeni Müsavat”a bildirib ki, Kristofer Smitin müəllifi olduğu “Azərbaycanda Demokratiya Aktı” qanun layihəsinin tezliklə qəbul olunmayacağı barədə layihə ortaya çıxan zaman verdiyi proqnoz özünü doğruldub: “Xatırlayırsınızsa, mən əvvəldən bir neçə dəfə bu barədə fikir bildirmişdim. Fikirlərim dəyişməyib. Azərbaycan ABŞ üçün vacib və strateji ölkədir. Düzdür, İranla münasibətlərin normallaşması Azərbaycanın önəmini azaldıb, lakin DAİŞ ilə mübarizədə Azərbaycanın müsəlman ölkəsi kimi mövqeyi mühümdür. Əlavə olaraq, Azərbaycanı dışlayıb Rusiyanın yanında yer almasında da ABŞ maraqlı deyil. Amerikanın Azərbaycanda enerji maraqları da var, eyni zamanda regionda Azərbaycan kimi ölkənin ABŞ-ın dostu rolunda olması vacibdir. 

Məsələnin maraqlı tərəfi həm də odur ki, yəhudi lobbisinin ABŞ siyasətində önəmli yeri var. Azərbaycan hakimiyyəti İsraillə dost ölkədir və yəhudi lobbisi bu qanun layihəsinin qarşısını almaq iqtidarına da malikdir. Belə demək olarsa, bu qanunun qəbulu üçün erməni və yəhudi lobbisi arasında bir savaş gedir. Azərbaycan üstünlüyü əldən verməyəcək və yəhudi lobbisi bu məsələdə ciddi rol oynamaqdadır. Artıq yəhudi lobbisinin addımlar atdığı barədə informasiyalar var”. 

Smitin layihəsinin Konqresin müzakirəsinə hələ çıxarılmamasında Azərbaycan parlamentinin üzvünün hazırladığı cavab layihəsinin hansısa rol oynadığını isə R.Nurullayev inandırıcı saymır.

Bir çox siyasətçilər isə Azərbaycanın Pentaqon üçün xüsusi önəm daşıdığına diqqəti cəlb edirlər. Qeyd edilir ki, təkcə Azərbaycanın üzərindən Pentaqonun təyyarələrinin gediş-gəlişi faktı Azərbaycanın Pentaqon üçün necə ciddi komponent olduğunu söyləmək üçün yetərlidir. Pentaqonun Ağ Evə, ABŞ Konqresinə təsir imkanları var. 

Bu baxımdan, Pentaqon Azərbaycan kimi mühüm komponentdən məhrum olmamaq üçün Konqresin Azərbaycana qarşı sanksiyalar qanununu qəbul etməsinin qarşısını almağa çalışa bilər. 

Xatırladaq ki, sözügedən qanun layihəsi Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə ABŞ vizası almaq qadağasının qoyulmasını, onların biznes əlaqələrindən əhəmiyyətli dərəcədə gəlir əldə edən şəxslərə, hökumətin təhlükəsizlik və ədliyyə orqanlarının nümayəndələrinə viza qadağalarının qoyulmasını nəzərdə tutmaqla yanaşı, maliyyə sanksiyalarının, Azərbaycanla iqtisadi əlaqələrin kəsilməsini nəzərdə tutur. Bəzi siyasətçilərin fikrincə, 14 maddədən ibarət bu qanun layihəsinin 80 faizi Azərbaycan xalqına, 20 faizi birbaşa hakimiyyətə qarşıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar