Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN-dən xəbərdarlıq


Ermənistan tərəfindən Fransada yerləşən Siyasi və Xarici siyasət məsələləri üzrə Mərkəzin (Center for Political and Foreign Affairs) xətti ilə avqust ayının sonu sentyabrın əvvəlində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin 25 illiyi adı altında beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur


Bu konfransda iştirak etmək üçün rəsmi Yerevan tərəfindən bir sıra keçmiş dövlət rəsmiləri, ictimai şəxslər, parlament üzvlərinə dəvətlər göndərilir.

Ermənistan tərəfi konfrans iştirakçılarının bu və ya digər adla işğal olunmuş Azərbaycan ərazilərinə səfərini də təşkil etməyi planlaşdırır.
 
PIA.AZ xəbər verir ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla bağlı bildirib: "Göründüyü kimi, Ermənistan tərəfindən bu tədbirlə əlaqədar görülən işlər gizlin şəkildə aparılır və KİV-ə məlumat verilmir. Ermənistanın bu tədbirə gizlin şəkildə hazırlığı əslində onun çirkin niyyətlərindən xəbər verir. Rəsmi Yerevan və lobbi dairələri müəyyən maddi maraq müqabilində bəzi şəxslərin bu tədbirdə iştirak etməsini təmin etməyə çalışır.
 
Bildiririk ki, Ermənistanın təxribatçı məqsədlərlə təşkil etməyə çalışdığı bu tədbir münaqişənin həlli üzrə ATƏT Minsk qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışıqlar prosesinə xələl gətirir, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermir, xüsusilə indiki həssas məqamda vəziyyətin gərginləşməsinə və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət edir.
Konfransa dəvət edilmiş şəxsləri beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək Ermənistanın təbliğat maşınının alətinə çevrilməməyə, təxribatçı məqsədlərə xidmət edən bu konfransda və işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərdə iştirak etməkdən çəkinməyə çağırırıq. Müsbət haldır ki, bir sıra ölkələrdən olan ictimai-siyasi xadimlər bu tədbirdə iştirakdan imtina ediblər."
 
XİN rəsmisi xüsusi vurğulayıb ki, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən şəxslərin adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar