Xaçmaz şəhərində yanğın baş verib
PİA.AZ FHN-in saytına istinadən xəbər verir ki, Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan çay evinin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 05:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.