Xaçmazda heykəl fəhlənin üstünə aşdı
Səhər saatlarında Xaçmaz şəhərinin mərkəzində yerləşən Tarix Diyarşünaslıq Muzeyində bədbəxt hadisə baş verib. Keçiriləcək tədbirdən əvvəl təmizlik işləri aparmaq istəyən fəhlənin üstünə binanın fasadındakı heykəllərdən biri aşıb.
Ağır xəsarət alan muzeyin işçisi 48 yaşlı Cahangir Nurəhmədov dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini kafi qiymətləndirirlər.
Onu da vurğulayaq ki, bölgədə ən böyük və möhtəşəm muzey kompleksi olan Tarix Diyarşünaslıq Muzeyi 2013-cü ildə tikilərək, istifadəyə verilib.(ans)