Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaçmazda yaşayış binası çökmək üzrədir


Sakinlər təşviş içindədir


Xaçmaz şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının zirzəmisi su içindədir. Nəriman Nərimanov küçəsi 78 ünvanında yerləşən bu bina artıq 5 ilə yaxındır ki,su içindədir. Rəsmi qurumlara dəfələrlə müraciət edən bina sakinləri deyi ki, zirzəminin çirkab suları ilə dolu olmasından, dam örtüyünün bərbad vəziyyətindən şikayətçidirlər, amma problemi həll edən yoxdur. Sakinlər deyir ki, 5 il müddətində su altında qalan zirəmi binanın çökməsinə səbəb ola bilər.


Binanın sakinlərindən biri Musa Səlimov deyir ki, müraciətə baxan yoxdur. "O idarə, rəsmi qurum qalmayıb ki ,müraciət etməyək. Amma nə gələn var, nə gedən var. Heç maraqlanan da yoxdur.Birinci mərtəbədə oluram, yay vaxtıdır, qoxudan dayanmaq mümkün deyil. Binaya baxan yoxdur".

Binanın digər sakini Məlahət Abdullayeva isə deyir ki, zirzəmidən gələn pis qoxudan evdə otura bilmirlər. "Evimə qonaq gələndə utanıram. Səbəb zirzəmidən gələn iyrənc qoxudur. Qoxu bir yana, ev həm də rütubət içindədir. Ailə üzvlərimiz rütubətdən yel xəstəliyi tapıb. Adam nə qədər rütübət içində yaşayar?”


Sakinlər deyir ki, müxtəlif illərdə bu binadan yazılar,video sujetlər hazırlanıb, amma hər gələn müxbirə məsələnin tez həll olunacağını deyən rəsmilər indiyədək heç bir tədbir görməyiblər.

Digər sakin Ələkbər Mahmudov deyir ki, vəziyyətləri çox çətindir. “İndi su hələ azalıb, qışda isə iyrənc su düz birinci mərtəbənin qarşısınadək gəlib çıxır. Havalar isti keçdiyindən su bir az çəkilib, amma pis iy yaranıb. Jurnalistlər çox gəlib maraqlanıb, yazıblar, çəkiblər. Onlara heç olmasa söz verirdilər ki, tez bir zamanda bu problemi həll edəcəklər. Amma heç bir köməyi yoxdur. Onlara yalan da olsa söz verirlər bizim sözümüzü isə eşidən heç yoxdur".

Doğurdan da pis qoxudan binanın bloklarında dayanmaq mümkünsüzdür. Bina isə 1988- ci ildə istifadəyə verilib. O vaxtdan indiyədək bina baxımsız qaldığından pis vəziyyətə düşüb.

Məsələ ilə bağlı Xaçmaz Su-Kanal idarəsindən ənənəvi olaraq bildirdilər ki, tez bir zamanda məsələ həll olunacaq. “Borularda nasazlıq var, ona görə də zirzəmiyə su dolur. "Azərsu" ya müraciət ediblər ki, binaya gələn əsas su xəttində nasazlıq var. Lazımı borular göndəriləndən sonra isə məsələ öz həllini tapacaq".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar