Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaləddin İsgəndərovun “yaşıl cinayəti” - Fotolar


Binəqədi rayonu 9 mkr, Mir Cəlal 55 ünvanında yaşıllıqlar məhv edilir


PİA.AZ-ın məlumatına görə, XəzərNews.az-a müraciət edən sakinlər bildiriblər ki, qeyd olunan ünvanda kiçik torpaq ərazisi hansısa işbazlar tərəfindən alınaraq obyekt tikilir.

Ərazidə aparılan müşahidələr nəticəsində məlum olub ki, həmin ərazidən həm də yüksək gərginlikli elektrik xətti və su borusu keçir. Hər iki xətt dövlət büdcəsi hesabına bir neçə il bundan əvvəl dəyişdirilib. 

Görünən odur ki, tikintiyə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdan icazə alan işbazlar "Azərenerji” və "Azərsu” rəsmilərindən də razılıq əldə edərək həmin xətlərin yerini elə dövlətin büdcəsi hesabına təkrar dəyişdirməyə nail olublar. 

Sakinlər qeyd edib ki, məhəlləyə giriş birtərəfli bağlanıb. Ağacların dibi qazılaraq yararsız hala gətirilib. 

Qeyd edək ki, həmin ünvandan bir az kənarda yenə böyük bir ərazi hasarlanaraq tikintiyə hazırlanır. 

Xatırladaq ki, bir neçə gün əvvəl Bakının 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağının bir hissəsi məhv edilib və həmin ərazidə tikinti işləri aparılır.
 
Mətbuatda yayılan xəbərlərdən belə aydın olur ki, Heydər məscidinin yaxınlığında zeytun bağının bir hissəsinin məhv edilərək, yerində tikinti işlərinə başlanılması prosesinin arxasında birbaşa olaraq Binəqədinin icra başçısı Xaləddin İsgəndərov dayanır. Məhz icra başçısının birbaşa tapşırığı ilə əraziyə ağır texnika yeridilərək ağaclar məhv edilib, ərazidə tikinti işlərinə başlanılıb.
 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar