Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq artisti ev istəyir


Sədaqət Kamal: "Nuriyyə Əhmədovanın oğlunu aparmağa evi yoxdur!"


Xalq artisti Nuriyyə Əhmədovanın çoxdan ictimailəşmiş ev problemi oğlu Əlinin xəstəliyi ilə yenidən gündəmə gəldi.

Aktrisanın yaxın rəfiqəsi jurnalist Sədaqət Kamal ANS PRESS-ə açıqlamasında, xalq artistinin xəstə oğlunu aparmağa yeri olmadığını bildirdi:

"Nuriyyə Əhmədova indi mənə xəstəxandan zəng edib dedi ki, Əlinin vəziyyəti düzəlir, artıq xəstəxanada qalmaq istəmir. Rəfiqəm mənə oğlunun sözünü də çatdırdı: "Gedək Sədaqət xanımgilə, mənə ancaq orda rahatdır". 

Dedim ki, götür gəl, mən belə təklifin qarşısında dayana bilmərəm. Nuriyyənin oğlunu o vəziyyətdə görəndən sonra hələ də özümə gəlməmişəm. Təcili yardım onu bizim evdən çox ağır vəziyyətdə apardı. Bütün bunlara baxmayaraq, məndən dəstək görüb, mənə arxalanan, ağır durumda olan gəncin ümidlərini də məhv edə bilmərəm. Nuriyyənin xəstə oğlunu aparmağa evi yoxdur, pis günündə onu buraxa bilmərəm." 

Sədaqət Kamal aktrisanın ağır durumunun son həddə çatdığını deyir: "İnanın mənə, Nuriyyə Əhmədovanın vəziyyəti dözülməzdi. Onun-bunun evində qalır. Son müddəti mənimlə yaşayırdı. Oğlu və rəhmətə getmiş qızının oğlu da onun üstündədi. Heç olmazsa bir otaqlı mənzil lazımdır ki, ailə bir araya yığışa bilsin, ağır durumdan qurtulsun. Doğrudanmı, aidiyyatı qurumlar üçün bu çox çətin işdir?! Xalq artistini bu durumundan bütün ictimaiyyət xəbərdardır. Bir ay bundan öncə (dəfələrlə artıq necə ildir ki, şəxsən özüm yazmışam) özüm Nuriyyə xanımla birgə öz əlimizlə prezidentə müraciət apardıq. Nəticəsi yoxdur. Niyə məmurlar mərhum dövlət başçımızın -Heydər Əliyevin özünün böyük hörmət və etimad göstərdiyi, prezidentimiz İlham Əliyevin də layiqincə qiymətləndirdiyi sənətkarımıza sözün əsl mənasında bu hörmətsiz və saymazyana yanaşırlar? Axı, bu problem artıq el məsəli olaraq dillərə düşüb. Nuriyyə Əhmədova ictimaiyyət içinə çıxanda hər kəs ilk olaraq bu sualı verirlər: "Nuriyyə xanım, dövlət sizə ev verdi?" Vallah, biabırçılıqdır. Sanki, belə biabırçılığın baş verməsində maraqlı qüvvələr fəaliyyət göstərir. Başqa nə fikirləşmək olar axı? Evimin qənşərində, əlimlə əkdiyim ağacları yandırıb villa tikiblər. Bu günə kimi bom-boşdur, yaşayan yoxdur. Nə edəcəklərsə orada bilinmir. Bu hələ mənim gözüm önündə olanlardır. Şəhərdə o qədər belə villalar var ki... Sual oluna bilər ki, mən niyə bu qədər canyanalıq göstərirəm xalq artistinin probleminin həllində. Əvvəla, hüquq müdafiəçisiyəm. Sonra isə, Nuriyyə Əhmədova ilə eyni problemi yaşayıram. Ona xalq sənətkarı kimi olan hörmətsizliyin 100 qat artığı bir kino mütəxəssisi, kinomuzun çəfaakeşi kimi mənə edilir... Onun haqqının müdafiəsi, mənim öz haqqım uğrunda mübarizəmin tərkib hissəsidir."


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar