Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndi üzərində Azərbaycan bayrağı dalğalanacaq?


Azərbaycan “şotland variantı”na hazırlanır?; Separatçı ermənilərə rəsmi Bakının referendum hüququ tanıyacağı barədə iddialar artıb;


Tomas de Vaal: “Ola bilsin, Azərbaycan istədiyi hər şeyi almasın, məsələn, Xankəndi üzərində onun bayrağı qaldırılmasın, amma bütün qalan şeylər olacaq...” 

Dağlıq Qarabağ probleminə Qərbin və Rusiyanın özəl, bir qədər də fərqli yanaşdığı yeni məsələ deyil. Belə yanaşma ələlxüsus da ABŞAvropanı təmsil edən ekspertlər səviyyəsində vaxtaşırı özünü büruzə verməkdədir. Son olaraq Vaşinqtondakı Karnegi Fondunun Qafqaz üzrə eksperti, “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal bu mövzuda “Amerikanın səsi” radiosunun rus bölümünə maraqlı, eyni zamanda düşündürücü açıqlamalar verib.

Öncə Azərbaycanı Qərblə Şərq arasında yerləşən mühüm ölkə kimi xarakterizə edən ekspert ölkədəki sabitliyə əsas iki təhlükənin mövcud olduğunu söyləyib: “Biri xarici təhdiddir. Ancaq güman etmirəm ki, bu risk böyükdür. Rusiyaİran sözsüz ki, problemdir, lakin onlardan heç biri Azərbaycana birbaşa müdaxilə etmək niyyətində deyil. Digər təhlükə isə Dağlıq Qarabağ müharibəsinin alovlanmasıdır.
Hesablamalarda yanlışlıq münaqişənin eskalasiyasına gətirib çıxara bilər ki, bu da təkcə AzərbaycanErmənistan üçün deyil, qonşular üçün də faciəvi olardı”.

Tomas de Vaal problemin həlli perspektivinə toxunarkən isə bunları deyib: “Kompromis masa üzərində olanlardır. Azərbaycan kiçik Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafındakı 7 rayonu geri alır. Dağlıq Qarabağ ermənilərinə öz müqəddəratını təyinetmə hüququ verilir. Regionun yekun statusu uzun müddət qeyri-müəyyən saxlanılır - 20-30 il sonraya referendum nəzərdə tutulur. Bu vaxtda isə Azərbaycan Ermənistanla əlaqələr qurur. Azərbaycan iqtisadi baxımdan Ermənistandan irəlidədir. Bakı Ermənistanla münasibətdə ”yumşaq güc"dən istifadə edə bilər. İnsanlar evlərinə qayıdar. Təhlükəsizlik durumu yaxşılaşar. Həyat yaxşılaşar".

Analitikin əminliyinə görə, qarşılıqlı güzəştlər əsasında əldə edilən sülh Azərbaycanı Qərblə Şərq arasında mühüm strateji dəhlizə çevirərdi. Və nəhayət, təhlilçinin ən diqqətçəkici fikri. Sitat: “Azərbaycan sülh prosesində istədiyi hər şeyi almayacaq, misal üçün, istisna deyil ki, Xankəndi üzərində Azərbaycan bayrağı qaldırılmasın, ancaq bütün qalan şeylər olacaq...”
Elə ən qorxulusu da bayrağımızın Xankəndi üzərində dalğalanmaması, ayrı sözlə, Bakının Dağlıq Qarabağ üzərində öz suverenliyini bərpa etməməsi perspektividir. Belə perspektiv əslində bəri başdan sülh danışıqlarını mənasız edir. Gerçəkdən də nizamlama prosesi erməni tərəfinin çoxdan arzuladığı “hərbi qələbə”ni rəsmiləşdirməklə başa çatacaqsa, Bakı bu prosesdə niyə kapitulyasiya tərəfi olmalıdır ki? 

Yeri gəlmişkən, neçə vaxtdır ki, vasitəçi dövlətlərin rəsmiləri, Qərb diplomatları problemin 3 baza prinsipi əsasında yoluna qoyulacağını bəyan edirlər. Bunlar aşağıdakılardır: 1. ölkələrin ərazi bütövlüyü; 2. öz müqəddəratı təyinetmə haqqı; 3. gücdən istifadə eləməmək, yaxud güclə hədələməmək (başqa sözlə, həll variantı tapılanadək status-kvonu zorla dəyişməmək - hansı ki, ən əvvəl Azərbaycanın ziyanınadır).

Qəribədir ki, ara-sıra Bakı rəsmiləri də bu prinsipləri dilə gətirirlər. Hərgah eyni zamanda əlavə edirlər ki, “müqəddəratını təyinetmə ayrılmaq demək deyil və Dağlıq Qarabağa Azərbaycan tərkibində ən yüksək muxtariyyət statusu verilə bilər”. Fəqət, Tomas de Vaalın fikirlərindən aydın görünür ki, referendum söhbəti heç də “Azərbaycan tərkibində ən yüksək status” naminə ortaya atılmayıb və daha uzaq gedən hədəfə hesablanıb. 
Lap dəqiqi, qənaət hasil olur ki, 5-10-15 il sonra, prosesin yekununda erməni deyən olmalıdır. Yəni Azərbaycanın ərazi bütövlüyü prinsipi faktiki surətdə yalnız sözdə, o da Dağlıq Qarabağdakı səsverməyədək mövcud olacaq, ondan sonra isə fakt qarşısında qalan Bakı “Şotlandiya variantı” ilə hesablaşmağa, referendumun nəticələrini qəbul etməyə vadar ediləcək,  - təbii ki, əgər sadalanan üç prinsipin əks olunduğu sənədi imzalasa və Milli Məclis də onu ratifikasiya eləsə.       

Səsvermənin nəticəsi isə indidən bəllidir. Bəlkə də Tomas de Vaal erməniləri sivil xalq sayaraq düşünür ki, Dağlıq Qarabağın erməni əhalisi də şotlandlar kimi Azərbaycanın tərkibində qalmağa səs verəcək və o səbəbdən “istisna deyil ki” ifadəsini işlədib? 
Ancaq təbii ki, bu, yüz faizlik ilğımdır, Azərbaycan xalqının başının altına yasdıq qoymaqdır. Çünki 100 il ötsə də, erməni və Azərbaycan xalqları guya dostlaşsa da, ermənilər “miatsum” ideyasından əl çəkən deyillər. Sovet dönəmini yada salın. “Azərbaycanla Hayastan qardaş olduğu” vaxtda Bakı ermənilərindən belə separatçı qurumlar üçün gizli şəkildə ianə toplanmırdımı?

Odur ki, nə qədər gec deyil, rəsmi Bakı suverenliyimizə və ərazi bütövlüyümüzə real təhdid vəd edən bu yoldan imtina etməlidir. Heç olmasa, həll prinsipləri arasında öz müqəddəratını təyinetmə prinsipinin çıxarılmasına və vasitəçi dövlətlərin Qarabağ ixtilafına da Abxaziya, Cənubi Osetiya, Krım məsələsindəki kimi yanaşmasına nail olunmalıdır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar