Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xanlar Hacıyev Avropa Məhkəməsinin hakimi postundan gedir


Yeni qaydalara görə, hakim yalnız bir dəfə 9 illiyə seçilə bilər


Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanı təmsil edən hakim Xanlar Hacıyev bu vəzifəni tərk edəcək.

Azərbaycanın Məhkəmə-Hüquq Şurasının Avropa Məhkəməsinə Azərbaycandan hakimin seçilməsi üçün elan etdiyi müsabiqədə namizədliyini irəli sürənlər arasında Xanlar Hacıyev yoxdur.
Məhkəmə-Hüquq Şurası Avropa Məhkəməsinə Azərbaycan Respublikasına münasibətdə hakimin seçilməsi üçün namizədlərin irəli sürülməsinə sentyabrın 26-da start verib. Oktyabrın 15-də namizədlərin irəli sürülməsi müddəti başa çatıb. Hazırda Məhkəmə-Hüquq Şurası namizədlərin sayını və kimliyini dəqiqləşdirir.
Xanlar Hacıyev deyib ki, Avropa Konvensiyasına və Avropa Məhkəməsinin yeni qaydalarına əsasən, o, Avropa Məhkəməsində Azərbaycan Respublikasına münasibətdə hakimin seçilməsi məqsədilə keçirilən seçkidə yenidən namizəd ola bilməz: “Avropa Məhkəməsinə hakimlərin seçilməsi qaydaları dəyişib. Yeni qaydalara görə, hakim yalnız bir dəfə 9 illiyə seçilə bilər. Avropa Məhkəməsi ənənələrini davam etdirmək və tərkibin birdən-birə tamamilə dəyişməsinin yarada biləcəyi problemləri önləmək üçün əvvəllər seçilmiş hakimlərin səlahiyyət müddətini iki il uzatmışdı. Mənim də səlahiyyət müddətim iki il uzadılmışdı. Avropa Məhkəməsinin hakimi kimi səlahiyyət müddətim 2015-ci ilin oktyabr ayının 31-da başa çatır. Yenidən namizəd ola bilmərəm”.
 
 
Xanlar Hacıyev bildirib ki, hələlik gələcəklə bağlı planı yoxdur, Azərbaycana qayıdıb-qayıtmayacağı haqda da bir qərar verməyib: “Hələlik heç bir planım, qərarım yoxdur”. Xanlar Hacıyev Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi vəzifəsində 2003-cü ildən çalışır. 2008-cü ildə o, yenidən bu vəzifəyə seçilib. (Virtualaz.org)

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar