Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaos və kürdlərin bitməyən “azadlıq mübarizəsi“


Ölkə.Az-ın məsul redaktoru Qafqaz Ömərov yazır


Türkiyənin antiterror əməliyyatları gücləndikcə terror təşkilatı PKK-nın hərəkət məkanı daralır.

Artıq 2016-cı ilin əvvəlindən başlayan antiterror əməliyyatları nəticəsində Türkiyənin cənubi-şərq əyalətlərində 10 minə yaxın kürd terrorçusu məhv edilib. 

Terrorçuların barrikadalar qurub küçələrini minaladıqları yaşayış məntəqələri bir-birinin ardınca təhlükəsizlik qüvvələri tərəfindən azad edilir. Şəhər və rayon mərkəzlərində minlərlə yaraqlısını itirən PKK terror təşkilatının tör-töküntüləri yenidən dağa çıxmağa başlayırlar.

Türk ordusu və polisi bir tərəfdən Diyarbəkir, Mardin, Ağrı, Van, Tunceli kimi vilayətlərdə əməliyyatlarını sıxlaşdıraraq, digər tərəfdən Şimali İraqdakı PKK-nın baza kimi istifadə etdiyi böyük düşərgələrini, mağaralarını və sığınacaqlarını bombalayır. Xüsusən də Türkiyənin hava sərhədlərini pozmuş Rusiya qırıcısını vurmasından sonra daha da şiddətlənən terrorun artıq demək olar ki, nəfəsi kəsilmək üzrədir.

Türkiyədə baş nazir Əhməd Davudoğlunun qısa bir müddət öncə istefa verməsindən sonra onun yerinə əyləşən yeni baş nazir Binali Yıldırım PKK-nın artıq aman dilədiyini, danışıqlara hazır olduğunu və atəşkəs elan etmək niyyətində olduğunu bəyan etdi. Xatırladırıq ki, "Kürd açılımı" layihəsindən sonra demokratikləşmədən sui-istifadə edən kürdlərin partiyası HDP və PKK Türkiyənin hazırda antiterror əməliyyatları davam edən vilayətlərini terror yuvasına döndərmişdilər. Artıq bütün qruplaşmalarının məhv edildiyini görən PKK-çılar dəstə-dəstə Türkiyə silahlı qüvvələrinin əsgərlərinə və polislərə təslim olmaqda davam edirlər.

Son yayılan məlumatlarda isə artıq PKK-nın Şimali İraqdakı düşərgələrini boşaltdığı bildirilir. Türk aviasiyasının zərbələri nəticəsində bazaları, silah və ərzaq ambarları darmadağın edilən kürd terror təşkilatı liderləri başda olmaqla Qəndil, Zaho kimi böyük terror düşərgələrini tələsik tərk edirlər. PKK liderlərindən Murad Qarailan və Cəmil Bayık artıq yerlərini dəyişiblər. Hətta Cəmil Bayıkın öz dəstəsi ilə İraqın Hələbcə və Süleymaniyyədəki Haşdi Şabi şiə kürd qruplaşmasına sığındıqları bildirilir. Qarailanın isə yeri hələ dəqiq məlum deyil. Türkiyə hakimiyyəti isə əməliyyatların PKK terroru bitənə qədər davam edəcəyini bəyan edərək ölkənin bu bəladan birdəfəlik qurtulması üçün qərar alındığını bəyan edib.

Proseslər onu göstərir ki, Suriyaİraqdakı qarışıqlıq və xaosdan istifadə edərək Türkiyəni parçalamaq istəyən dövlətlərin ciddi planı var imiş və bu işin arxasında böyük məbləğlər və böyük xüsusi xidmət orqanları dayanırmış. Türkiyə dövləti gücü, Türkiyə hakimiyyəti qətiyyəti ilə, dağıntılar və itkilər bahasına başa gəlmiş olsa belə, artıq başını daha çox qaldırmış və daha qanlı müharibə ilə ölkənin üzərinə yeriyən terror bəlasının nəfəsini qismən kəsməyə müvəffəq olub. Prosesin davam edəcəyi heç kəsdə şübhə doğurmur və Ankaranın terrorla mübarizədə istifadə etdiyi yeni metodların da öz töhfəsini verdiyi artıq görünür.

P.S. Artıq 30 ildən çoxdur Türkiyəyə qarşı düşmənlərinin qurduğu və maliyyələşdirdiyi kürd terroru kürd və türk xalqlarına ziyan vurmağa davam edir. Beyni boş, çürük ideologiya ilə doldurulmuş kürd gəncləri özləri də aradan keçən onilliklər ərzində bu utopiyanın həyata keçmədiyinin şahidi oldular. Belə ideyaların heç vaxt həyata keçməyəcəyini, azadlıq qavramının silahla dağa çəkilmək olmadığını gec-tez dərk edəcək insanlar sonralar necə yanlış yolda olduqlarını başa düşəcəklər. Azadlıq xarici qüvvələrin öz ölkənə qarşı oynadıqları oyun deyil. Bu oyunun aləti olmaq indiyədək bəşər tarixində heç bir xalqı və toplumu öz həqiqi azadlığına qovuşdurmayıb. Belə toplumların problemləri heç zaman bitmir ki, bu problemdən gələcəkdə istənilən vaxt istifadə etmək mümkün olsun. Qlobal güclərin "kürd planı" məhz budur:

"Heç bir kürd dövləti olmayacaq, kürdlərin bu dövlət uğrunda mübarizəsi də heç vaxt bitməyəcək!"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Maydan hərəkatı”: səbələr və nəticələr

Böyük Azərbaycan və Rusiyanın “Qafqaz əsiri“

Təriqət savaşı: Gülənçiliklə Nurçuluğun fərqi

Şanxay zirvəsi və ya “Rusiyanın xilası“ əməliyyatı

Xaos və kürdlərin bitməyən “azadlıq mübarizəsi“

Azərbaycan - Özbəkistan: bir qardaşlığın qısa tarixçəsi

“Qara çərşəmbə axşamı“ və Rusiya ilə birlikdə çökən Ermənistan

Ən çox oxunanalar