Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaricə axan beynimiz


PİA.AZ xəbər verir ki, ANS PRESS mütəxəssislərin iş təminatı probleminə toxunub


"Gedib xarici ölkədə təhsil aldım ki, gəlib öz ölkəmə xeyir verim. Ancaq 6 aydır ki, hara gedirəmsə qapılar üzümə bağlanır. Hara gedirəmsə mənə bir bəhanə deyirlər. Harda az maaşlı, perspektivsiz iş varsa onu təklif edirlər. Artıq məcburam ki, çıxım gedim xarici ölkədə çalışım".

Bunu bir müddət öncə xarici ölkədə təhsil başa vurub ölkəyə qayıdan dostum Namiqlə söhbətimiz zamanı söylədi. Açığı onun bu sözləri məndə xeyli təəccüb yaratdı. Əslində, onun yüksək təhsil almasının iş tapmasını asanlaşdıracağını düşünürdüm. Ancaq, Namiqin dediklərindən vəziyyətin başqa cür olduğunu gördüm. Namiq deyir ki, sanki müdirlər mənə iş verməkdən qorxurlar:

"Vakant yer olmasına baxmayaraq mənə aşağı maaşlı iş təklif edirlər. Yəqin müdir mənim perspektivimdən çəkinir və öz yerini itirməkdən qorxur. Bunu başqa cür başa düşmək mümkün deyil", - deyə dostum söylədi.

Hərçənd ki, ölkədə Namiqin vəziyyətində olan və əlində diplom iş axtaran gənclərin sayı az deyil. Dövlət xətti ilə xarici ölkələrə göndərilən gənclərin sonradan ölkəyə qayıdarkən iş tapa bilməməsi ilə bağlı ekspertlər bir sıra təkliflərlə çıxış edirlər. 

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü ANS PRESS-ə açıqlamasında xarici ölkədə təhsil alanların işlə təminatı məsələsində yaranmış mövcud problemlərin kökünə toxunub. Mütəxəssisin fikrincə, dövlət xətti ilə xarici ölkəyə təhsil almağa göndərilən gənclər ölkəyə qayından sonra ən azı 3 il dövlət sektorunda çalışmalıdırlar. Mütəxəssis hesab edir ki, gənc tələbələr ixtisasa yiyələndikdən sonra dövlət müəssələrində işlə təmin olunmalıdır:

"Yaxşı olar ki, müəllimlərə tətbiq olunan təyinat sistemi ixtisaslı kadrlara da tətbiq olunsun. Bunu etmək lazımdır, çünki dövlət külli miqdarda vəsait xərcləyir. Amma gənc tələbə təhsilini başa vurandan sonra ölkəyə qayıdıb dövlətə olan borcunu qaytara bilmir. Bunun üçün şərait yaradılmalıdır. Təyinatla gənc mütəxəssislərimiz ixtisası üzrə işlə təmin olmalı, çalışmalıdırlar". 

Təhsil üzrə ekspert qeyd edir ki, gənclərə özəl şirkətlərdə karyera baxımından yüksəlmək üçün maniələr yaradılır. Gələcəkdə bu gənclərin yüksək vəzifələr tutması mudirlərin narahatlığına səbəb olur. Ancaq buna baxmayaraq şirkətlər ixtisaslı kadrları cəlb etməkdə maraqlıdırlar: "Mənim fikrimcə, gənc mütəxəssislər karyeralını nəzərə alaraq dövlət sektorunda çalışmağa üstünlük verməlidirlər. Amma bəzən görürürsüz ki, hansısa özəl şirkət yenicə təhsilini başa vurmuş gənc tələbəyə 2 min manatlıq iş təklif edir. Təbii ki, gənc tələbə karyeradan daha çox pula önəm verir". 

Təhsil Nazirliyinin mətbuat xidmətindən isə ANS PRESS-ə verilən məlumata görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”icra olunur. Xaricdə oxuyan tələbələrin təhsilinə nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi tərəfindən nəzarət edilir.

Nazirlikdən bildirilir ki, bu Proqram çərçivəsində 2014-2015-ci tədris ili üçün seçim prosesi yüksək rəqabət mühitində keçib və ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib. Ümumilikdə, indiyədək proqram çərçivəsində 3184 nəfər tələbə xaricə oxumağa göndərilib.

Proqram çərçivəsində 755 nəfər məzun olub. Onların 35%-i dövlət qurumlarında, 65%-i isə özəl sektorda çalışır. Xaricdə təhsil almış tələbələr Təhsil Nazirliyində qeydiyyatdan keçir və hesabat verirlər. Həmin məzunlardan bəziləri əmək fəaliyyətinə başlayır, yaxud təhsillərini davam etdirir, bəziləri isə hərbi xidməti borclarını yerinə yetirirlər.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar